Tarixin ən dəhşətli meşə yanğınları - ARAŞDIRMA

DogruXeber.az: - Türkiyənin cənub sahillərindəki yanğınlar indi də davam edir. Son məlumatlara görə, 154 meşə yanğınından 146-nın qarşısı alınıb.

Hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir. Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qrupu da Türkiyədə yanğınsöndürmə işlərinə qoşulub.

Yanğın nəticəsində 2 yanğınsöndürən daxil olmaqla, 8 nəfər həyatını itirib. Avropanın cənubundakı isti hava şəraiti və quru küləklər İtaliyanın Siciliya, Yunanıstanın qərbi və Egey bölgəsi də daxil olmaqla, Aralıq dənizi regionunda meşə yanğınlarına səbəb olub.
Azərbaycanın da cənub bölgəsində meşəlik ərazidə yanğınlar qeydə alınıb.

Ümumiyyətlə, son illər qlobal istiləşmə ilə əlaqədar meşə yanğınları tez-tez baş verir. Yanğınlar nəticəsində yerin flora və faunası, eyni zamanda insanlar böyük zərərlə üzləşir.

Cebhe.info son illərin ən güclü meşə yanğınları ilə bağlı araşdırma aparır.

*Kalimantan adasında meşə yanğını

Bu yanğın 1982-ci ildə baş verib. Adanın çox hissəsini əhatə edən yanğın təxminən 10 ay sürüb. Yanğın nəticəsində 800 min hektar meşə ərazisi yanıb. Hadisə zamanı nadir heyvan növü və bitki növü kəsilib.

*Avstraliya, 2009-cu il

2009-cu ildə ölkədə başlayan meşə yanğınlarından ən çox zərəri Merisvill şəhəri görüb. Miqyası böyük olan yanğın nəticəsində 181 nəfər həyatını itirib. 750 bina tamamilə məhv olub. Son rəqəmlərə görə, şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olmuşdu.

*Rusiya, 2015-ci il

Rusiyanın cənubi Sibir ərazilərində 12-16 aprel aralığında baş vermiş meşə yanğınları nəticəsində Xakasiya Respublikasında yaşayan 29 nəfər həlak olub və 6.000 dən çox şəxs isə evsiz qalıb. Eyni zamanda, Zabaykalsk diyarının inzibati mərkəzi olan Çita şəhəri yaxınlığında yerləşən meşədə yanğın nəticəsində 4 nəfər həlak olub.

*İsveç, 2018-ci il

2018-ci ildə bu təhlükə ilə İsveç qarşılaşıb. Yanğının mərkəzində havadan bomba atılıb. Partlayış dalğası və havadakı oksigenin məhvi yanğını söndürüb. Ölkədəki yanğınlar 25 min hektar meşə sahəsini məhv edib. Son rəqəmlərə görə, yanğın İsveçə 87 milyon avro dəyərində ziyan vurub.

Ümumiyyətlə, 2018-ci il meşə yanğınları ilə diqqəti çəkib.

Sözügedən ildə Latviya. Norveç, Almaniya, Britaniya, Rusiyada, Yunanıstanda da meşə yanğınları baş verib. Hətta Latviya meşə yanğınlarının söndürülməsi üçün AB-dən kömək istəsə də, bildirilib ki, yalnız 1 helikopter yardım üçün hazırdır. Səbəb isə digər ölkələrə köməyin göndərilməsi və Latviyaya yardıma vəsaitin çatmaması olub.

*Rusiya, 2018-ci il

Rusiyada 2018-ci ilə baş verən yanğın zamanı Tayqa meşələrində 2 milyon hektara qədər ərazi məhv olub. Rusiyanın yanğıdan ən çox zərər çəkən əraziləri isə Yakutiya, Krasnodar, Maqadan, Kamçatka, İrkutsk və Xabarovsk bölgələri olub.

*Almaniyada meşə yanğınları 2019-cu ildə də davam edib.

*Attika meşə yanğınları

3 iyul 2018-ci ildə Yunanıstanın Attika regionunun sahilyanı hissələrində başlayan meşə yanğınları 25 iyula kimi davam edib. Yanğınlar nəticəsində 81 nəfər ölüb, 187 nəfər (164 yetkin, 23 uşaq) yaralanıb. Bu fəlakət 2007-ci ildə 84 nəfərin ölümünə səbəb olan meşə yanğınlarından bəri Yunanıstandakı ən ölümcül fəlakət hesab edilir. Həmin il ölkə üzrə 3 günlük matəm elan edilib.

*Avstraliya, 2019-cu il

2009-cu ildə baş verən dəhşətli yanğından 10 il sonra ölkə yenidən meşə yanğını ilə üz-üzə qalıb. Nəticədə 6,3 milyon hektardan çox meşə ərazisi yanıb, 7 000-ə yaxın bina dağılıb, 34 nəfər həlak olub. Rəsmilər yanğında 8,4 milyon hektar meşə sahəsinin məhv olduğunu və 1,2 milyard heyvanın xəsarət aldığını bildirir.//Cebhe.info


Oxunub: 206

Son xəbərlər

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..? - İLGİNC İDDİALAR...

Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI

7 milyonluq təklifi geri çevirib, 18 milyona yol çəkən ZİYA MƏMMƏDOV...

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Qəbələdə "Yanğından Mühafizə İdarəsi"ndə büdcə belə talan olunur - KORRUPSİYA İTTİHAMI

“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!”

Deputat Ülvi Quliyevin oğlu Vətən müharibəsinə getməkdən necə və niyə yayındı?

Oğuz rayon xəstəxanasının şöbə müdiri qumarbaz çıxdı - FOTO

DİM bu şəxslərə xəbərdarlıq etdi

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor - ARAŞDIRMA

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

"Belarusda vəziyyət Ukraynadan da pis ola bilər" - Lukaşenko

Ermənilərin Azərbaycana SƏRSƏM NÜVƏ TƏHDİDİ... - Bu cürətin arxasında nə dayanır?

Sabah hava necə olacaq?

ÇAĞIRIŞ: Radikal dindarlar Bakıya təhvil verilsin! - səfirlik Azərbaycan ərazisidirsə...

BMT Təhlükəsizlik Şurası təcili iclası keçirdi

Bu ölkələrdən Azərbaycana quş əti idxalı QADAĞAN EDİLDİ

Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...

TƏBİB bu xəstəxanalara həkim axtarır - SİYAHI

Gələn aydan evlərin qiyməti BAHALAŞACAQ

Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir

Payızda karantin tətbiq oluna bilər - TƏBİB-dən AÇIQLAMA

Əlcəzair XİN başçısı Azərbaycana gəlir

Bu gün onun doğum günüdür

Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

Ünvanlı sosial yardımın məbləği artıb

Neft ucuzlaşdı

Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

"Görünən dağa nə bələdçi?!" - FOTO

Hərbçilərin pensiyası ilə bağlı yeni QƏRAR

Bütün xəbərlər