Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: - Bakı susur

4-08-2021, 17:55

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: - Bakı susur

DogruXeber.az: - “Rusiya sülhməramlılarının Qarabağda qalması müvəqqəti deyil, daimi olmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı ermənilər hal hazırda bölgənin təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil. “Rus qoşunları bölgəyə girməsəydi, taleyimiz başqa cür olardı”.

Separatçıların rəhbəri daha sonra istər müharibə dövründə, istərsə də müharibədən sonra fəal şəkildə müzakirə olunan xəyanətlə bağlı deyilənləri axmaqlıq adlanıdırb. “Heç bir xəyanətdən söhbət gedə bilməz. Sadəcə, məhdud imkanlara sahib olaraq dünya ilə döyüşürdük. Kiminsə bizi xilas edəcəyinə ümid etməyin. Biz burada yaşamaqla özümüzü xilas edirik”.

Qeyd edək ki, bir neçə gündür separatçıların Sərsəng Su Anbarı üzərində Su Elektrik Stansiyası (SES) inşa etmək istədiklərinə dair məlumatlar dolaşır. Arayik Harutyunyan bu məsələyə də toxunub. O deyib ki, Sərsəng Su Anbarının üzərində ümumi dəyəri 25 milyon dollar olan SES inşa etmək fikrindədirlər. “Söhbət Çərəktar-Qozlu ərazisində tikintidən gedir. Bu bizim üçün həyati əhəmiyyət daşıyır. Əgər biz bunu indi inşa etməsək, 2025-ci ilin qışından etibarən elektriklərin kəsilməsi adi hala çevriləcək. Həmçinin Sərsəng-Suqovuşan SES-nin tikintisini də planlaşdırmışıq. Bu layihənin dəyəri isə 45 milyon dollardır”.

Bildirək ki, Arayik Harutyunyanın belə çıxışlarına rəsmi Bakı tərəfindən heç bir münasibət bildirilmir. Eyni zamanda, Qarabağdakı terrorçuların rəhbərinin özbaşına SES tikdirmək istəməsi də Azərbaycanın maraqlarına ziddir və buna mütləq cavab verilməlidir.

Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qaynarinfo-ya bildirib ki, əgər sözügedən layihə Azərbaycan tərəfindən təsdiqlənməsə, qeyri-qanuni sayılacaq: “O qurumlar ki, özünü elan ediblər və guya orada hansısa hüquqlara malikdirlər, ya da qərar sahibidirlər, bu, Azərbaycan konstitutsiyasına ziddir. Təbii ki, onların qərar və istəkləri o halda qüvvəyə minə bilər ki, Azərbaycan tərəfindən bu və ya digər layihə təsdiqlənsin. Əgər belə olmasa, bu, qeyri-qanuni iş olacaq. Bu, mümkün olan şey deyil”.

Tofiq Zülfüqarovun fikrincə, müvafiq qurumlar sülhməramlılarla əlaqə saxlayıb bu və digər rəy bildirməlidir: “Biz orada olan sülhməramlıları, orada yaşayan erməniləri birmənalı başa düşməliyik ki, onlar bizim ərazimizdədir. İkincisi, orada gedən proseslər Azərbaycan dövlətinə inteqrasiya prosesidir. Sülhməramlılar və müşahidəçilər bizi idarə etməyə deyil, inteqrasiya prosesinidə köməkçi olmağa gəlib. Onların əsas vəzifəsi təhlükəsizliyi təmin eləməkdir. Bu baxımdan biz hər bir məsələyə bu nöqteyi-nəzərdən yanaşmalıyıq. Bizim bu məsələyə münasibətniz belə qurulmalıdır. Sülhməramlılar bizim dəvətimiz ilə ərazimizə gəlib. Biz onlara alət kimi baxırıq ki, onlar bizə yardım eləsinlər, inteqrasiya prosesini axıra kimi apara bilək. Bu nöqteyi-nəzərdən baxanda hər şey aydın olur. Müvafiq qurumlar sülhməramlılarla əlaqə saxlayıb bu və digər rəy bildirməlidir. Əgər bizim maraqlarımıza zidd olmayan layihədirsə, qoy tiksinlər, problem yoxdur. Vaxtı ilə onlar Kəlbəcərdən gələn yollar tikiblər, problem deyil, gec ya tez biz ondan istifadə edəcəyik. Onsuz da mən bildiyimə görə, qaz, işıq və digər məsələlər orada Azərbaycan hesabına həll olunur. Bu, davamlı prosesdir və gedəcək. Çünki bu Azərbaycanın bir hissəsidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram