Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İsmayıllıda dövlətin malına DƏDƏ MALI KİMİ BAXANLAR... - İTTİHAM

5-08-2021, 12:20

İsmayıllıda dövlətin malına DƏDƏ MALI KİMİ BAXANLAR... - İTTİHAM

DogruXeber.az: - İsmayıllı rayonu Quşencə kənd sakinləri Kendtv.info və Azinfo.tv yə müraciət edərək kənd kitabxanasının satıldığını iddia edirlər.
Biz 15 dəfə Quşencə kənd kitabxanasının yerləşdiyi əraziyə səhər saat 10-11 radələrində olduq və monitorinq apardıq. Heç birində kitabxananın işlədiyini görmədik.
Nəhayət sonuncu səfərimiz zamanı ərazidə video çəkiliş apardıq. Kitabxana şəxsi mülkiyyətə daxil olunub və onu ayıracaq hər-hansı bir divar yoxdur. Kitabxananın qarşısında olan dəmir qapı içəridən həmişə bağlı olur və əgər onu kimsə içəridən açmasa ora daxil olmaq qeyri-mümkündür. Bu da onu deməyə əsas verir ki,bu dəmir qapı sadəcə gözdən pərdə asmaq üçündür.

İsmayıllıda dövlətin malına DƏDƏ MALI KİMİ BAXANLAR... - İTTİHAM


Kənd sakinləri bildirirlər ki, kitabxana 2014-2015-ci ildə ərazidə yerləşən mülkün sahibinə satılıb. Əlbətdə bu deyilənlərin nə qədər əsaslı olduğunu biz deyə bilmərik. Bəlkə də bu bir səhv düşüncə yaxud, düzgün olmayan bir gəlişmədir. Ancaq fakt budur ki, kitabxana işləmir və şəxsi mülkiyyətə daxil olmaqla ümumi istifadədədir. Bildiyimiz qədər qanunvericilik bu kimi şeyləri qadağan edir.
Quşencə kənd kitabxanası mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət və turizm mərkəzinin tərkibində olan bir qurumdur. Kənd sakinlərinin qeyd etdiyi 2014-2015- çi illərdə İsmayıllı mədəniyyət və turizm mərkəzinin müdiri Azər Abbasov olub. Hazırda Azər Abbasov tutduğu vəzifədən azad olunub.Mənbə qeyd edir ki, kitabxana məsələsi birbaşa Azər Abbasovun əli ilə bu vəziyyətə gətirilib.
Əlbətdə burada hansı oyunlardan istifadə olunub ya olunmayıb, bunu araşdırmaq prokurorluğun səlahiyyətidir. Biz öz vəzifəmizi yerinə yetirərək deyilənləri ictimaiyyətə təqdim edirik. Eyni zamanda bu faktları cinayət prosessual qanunvericiliyi rəhbər tutaraq rayon prokurorluğuna göndəririk.İşin nəticəsindən asılı olaraq bu mövzunu davam etdirəcəyik.
Maraqlı olan daha bir fakt budur ki,baş verən bu məsələ ilə bağlı Quşencə kənd icra nümayəndəsi niyə vaxtında və zamanında lazımi dövlət qurumlarına məlumat verməyib?
Kənd kitabxanasının işçisi haqqında kifayət qədər məlumatımız var. Bilirik ki, əvvəllər kənd həkim məntəqəsinin tibb bacısı kimi çalışmış və sonradan xəstəlik üzündən təqaüdə göndərilib və kitabxana müdürəsi kimi fəaliyyət göstərir. Ancaq ortada qadın faktoru olduğu üçün ad çəkmirik, bu həm də həmin işçinin günahı deyil.
Mövzunu diqqətdə saxlayacayıq, araşdırmalar davam edir.Sonda videonu izləyin və paylaşın. Kanalımıza abunə olmağı unutmayın.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.//azinfo.tv//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram