Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Manat stabildirsə, valyuta alışındakı məhdudiyyətlər nə üçündür - AKTUAL

5-08-2021, 12:38

Manat stabildirsə, valyuta alışındakı məhdudiyyətlər nə üçündür - AKTUAL

DogruXeber.az: - “Valyuta alışındakı məhdudiyyətlər, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun milli valyutanın orta müddətli sabitliyi ilə bağlı elanlarını şübhə altına alır”.

Hüquqşünas və maliyyəçi Əkrəm Həsənov Mərkəzi Bank rəhbərinin son açıqlamasını şərh edərkən bu fikri AYNA-ya deyib.

Son mətbuat konfransı zamanı Rüstəmov bildirdi ki, bu gün ölkədə sabit makroiqtisadi vəziyyət var və yığılmış valyuta ehtiyatları kəskin dalğalanmaların qarşısını almağa imkan verir. Hər şeyə əlavə olaraq, valyuta bazarında təklif tələbi üstələyir: “Bu tendensiyanın ilin sonuna qədər davam edəcəyini gözləyirik. Yanvar istisna olmaqla, ilk beş ay ərzində orta tələb 55 milyon dollar təşkil etdi”, - deyən ölkənin baş bankiri, ilin sonuna manatın məzənnəsinə təsir edə biləcək amillərin və proqnozların olmadığını qeyd etdi. Bütün bunlar o deməkdir ki, orta müddətdə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilir və bu, milli inkişafın ən vacib prioritetlərindən biridir.
“Makroiqtisadi göstəricilər hazırda milli valyuta üçün heç bir təhlükənin olmadığını göstərir", - Ə.Həsənov bildirib: “Neftin qiyməti və tədiyyə balansı bunu təsdiq edir. Lakin bu fonda ölkə banklarında xarici valyuta alışına qoyulan məhdudiyyətlər qəribə görünür. Bu mövzuda çox şey söylənildi, Mərkəzi Bankın bununla əlaqəsi olmadığını və bankların hər şeyi özləri etdiyini bəyan edən mövqeyi də daxil olmaqla”.

Ekspert deyir ki, banklar bunu etsələr də, tənzimləyici, digər məsələlərlərlə yanaşı, istehlakçıların maraqlarını qorumalı olan bank nəzarət orqanı olaraq bankları bir araya gətirməli və niyə birdən-birə valyuta əməliyyatlarını eyni vaxtda və miqdarda məhdudlaşdırmaq qərarına gəldiklərini soruşmalıdır: “Bu, imicə, nüfuza, etibarlılığa xələl gətirdikcə çaxnaşma yaranır. Ancaq bunu görmürük, Mərkəzi Bank bu proseslərdən rəsmən kənarda qalıb”.

“Belə bəyanatlara baxmayaraq, ciddi insanlar və mütəxəssislər üçün Mərkəzi Bankın gələcəklə bağlı bəzi təhlükələrin olduğu aydındır. Buna görə də xarici valyutanın satışı məhduddur. Hamımız çoxdan başa düşmüşük ki, məhdudiyyətlər var və bu məhdudiyyətlər olmadan təbii olaraq valyutaya tələbat daha yüksək olardı. Çox güman ki, bu səviyyə kritik olmazdı, amma daha əhəmiyyətli satış rəqəmləri olardı və bu vəziyyətdə valyuta ehtiyatları daha da kiçilərdi. Çox güman ki, valyuta məhdudiyyətləri Mərkəzi Bankın gələcəklə bağlı bəzi pis, əlverişsiz gözləntilərindən qaynaqlanır. Buna görə də sadəcə valyuta ehtiyatlarına qənaət etmək qərarına gəldilər. Dəfələrlə dediyim kimi, bunun fonunda Mərkəzi Bank rəhbərliyinin bütün bu cür açıqlamaları qeyri -ciddi görünür. Sadə adamı arxayınlaşdıra bilərlər, amma ciddi insanlar, mütəxəssislər, investorlar başa düşürlər ki, elan edilənlər əslində inam yaratmır”, - deyə Həsənov əlavə edib.

Maraqlıdır ki, AMB rəhbəri bu ilin sonuna qədər tələbi aşan xarici valyuta tədarükünü elan edir: “Valyuta bazarında təklifdə artım və tələbdə azalma var. Bu da öz növbəsində məzənnənin sabitliyini təmin edir”, - deyən Rüstəmov valyuta hərraclarında bu cür meyllərin aprel ayından başladığını qeyd etdi. O, “2021 -ci ilin sonuna qədər valyuta bazarındakı təklifin tələbi üstələyəcəyini” vurğulayaraq, belə bir vəziyyətin Dövlət Neft Fondunun hərraclarda valyutanı tam sata bilməməsinin dövlət büdcəsinə transfertlərin planlaşdırılan hədəflərini yerinə yetirməməyə səbəb ola biləcəyini qəbul etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram