Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

8 saylı Gəncə Regional Təhsil İdarəsində maxinasiya - İTTİHAM

5-08-2021, 13:54

8 saylı Gəncə Regional Təhsil İdarəsində maxinasiya - İTTİHAM

DogruXeber.az: - Qarabağ veteranı, Kəlbəcər rayon 36 saylı tam orta məktəbin hərbi rəhbəri Allahverdiyev Qismət İman oğlu Prezidentə, təhsil və sosial müdafiə nazirlərinə müraciət edib. Reportyor.info xəbər verir ki, Qarabağ veteranı Kəlbəcər rayon Təhsil şöbəsinin mühasibatlığının 01.02.2021-ci ildən bu gün 03.08.2021 ci ilə kimi bülleten pulunu hesablayıb DSMF-yə müəyyən tamah ucbatından göndərmədiyini bildirib.

Onun sözlərinə görə, 7 ay xəstə ola – ola, maaş almadan , ailə dolandırmaq olarmı:

”Oğlum da vətən müharibəsinin iştirakçısıdır və hazırda döyüş bölgəsində hərbi xidmətini davam etdirir. 05 .08.2021 ci il tarixdə də Kapital Banka 146 manat ödəməliyəm. Mən nə edim? Bu fərari , savadsız, rüşvətxor , dilənçi və quldur dəstəsi haqqında xahiş edirəm qanuni tədbir görəsiz. Bu bülleten maxinasiyasının başında 8 saylı Gəncə Regional Təhsil İdarəsində Baş mühasib vəzifəsində çalışan İlhamə xanım dayanır. Bu cinayətkarın maaşı ilə sürdüyü maşının qiyməti bir – birinə tərs mütənasibdir. Əziz Hökumət rəhbərlərimiz son ümid yerim Sizsiniz. Mən nə edim.

Məni 5 il 3 ay Qarabağ müharibəsində ermənilər sındıra bilmədi. Yaralandım da, ac qaldım da sınmadım. Ancaq Kəlbəcər təhsil şöbəsinin mühasibatlığda çalışan bu şərəf və şəxsiyyətini itirmişlər 7 aydır bizim ailəni borc və səfalət içində yaşadır. Cənab Hüquqşünaslar Sizdən artıq dərəcədə xahiş edirəm mən və 51 nəfər mənim kimi bülletenlərin ala bilməyən ziyalı müəllimlərin köməyimizə gəlin.Mənə deyillər ki, əlim hara yuxarıdırsa ora qoyum. Mənim də son ümid yerim Sizsiz”.
Tel. 050 567 89 36
dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram