Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanlıların nə qədər borcu var? - Ciddi və təhlükəli RƏQƏM

5-08-2021, 13:59

Azərbaycanlıların nə qədər borcu var? - Ciddi və təhlükəli RƏQƏM

DogruXeber.az: - ABŞ əhalisinin borcları 2021-ci ilin ikinci kvartalında son səkkiz ildə ən yüksək templə (2.1 faiz) artıb.

Ölkə əhalisinin ümumi borclarının həcmi isə artıq 15 trilyon dollara çatır. Birinci kvartalla müqayisədə borclanma 313 milyard dollar artıb. Borcların artmasında ən çox ipoteka kreditlərinin rolu olub. Bu cür kreditlərin sayı 282 milyard dollar artaraq 10,44 trilyon dollara çatıb.
Amerikalıların kredit kartlarına olan borcları da 17 milyard dollar həcmində artıb. Maraqlıdır, bəs azərbaycanlıların ümumi borcu nə qədərdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda əhalinin kredit borcu bu ilin ilk yarısının nəticəsinə görə, 15 milyard manatı keçib:

“15 milyard manatdan bir az çoxdur. Bu da ötən illə müqayisədə təxminən 3% artım deməkdir. Paralel olaraq problemli kreditlərdə də müəyyən dərəcədə artım var. Yəni Azərbaycanda əhalinin kreditləşməsində keçən ilə nisbətən artım müşahidə olunur. Əmanətlərin həcmi isə 8 milyarddan bir az artıqdır. Əmanətlərin ümumi həcmindən az qala 2 dəfə artıq əhalinin kredit borcu var. Bu da kifayət qədər ciddi, yüksək rəqəmdir. Ümumi borclar dedikdə, həm ölkənin, həm əhalinin, həm biznesin, həm kommersiya müəssisələrinin borcu hesablanır. Təəssüf ki, Azərbaycanda belə ümumi rəqəmlər ayrı-ayrılıqda açıqlansa da, birgə rəqəmin açıqlanmasının şahidi olmamışıq”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram