Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xaçmaz Eldəniz Səlimova görə ayağa qalxarmı? - Müəmmalı səs yazısı...

5-08-2021, 14:14

Xaçmaz Eldəniz Səlimova görə ayağa qalxarmı? - Müəmmalı səs yazısı...

DogruXeber.az: - Xaçmazda polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovla bağlı müxtəlif iddialar səslənir.

Qeyd edək ki, Milli Məclis 3 avqustda növbədənkənar sessiya çağıraraq Eldəniz Səlimovun toxunulmazlığının ləğvi ilə bağlı Baş prokuror Kamran Əliyevin təqtimanı müzakirəyə çıxarıb. İclasın yekunu olaraq 98 deputatın səsi ilə Eldəniz Səlimovun toxunulmazlığı ləğv olunub. Bu qərardan sonra Binəqədi rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Məlumdur ki, Eldəniz Səlimovla bağlı ortada səs yazısı var. Amma həmin səs yazısında deputatın nələr dediyi açıqlanmır. Bu məsələ ilə bağlı müxtəlif iddialar səslənir. İddia olunur ki, Eldəniz Səlimov səs yazında “Bir barmaq işarəmlə Xaçmazı qaldıraram” şəklində ifadə işlədib.

Maraqlıdır, Eldəniz Səlimovun iddia etdiyi bu hərəkəti etmək üçün kifayət qədər nüfuzu varmı? Xaçmaz əhalisi Eldəniz Səlimovun işarəsi ilə ayağa qalxarmı?

Son parlament seçkilərində 55 saylı Xaçmaz şəhərindən deputatlığa namizədliyini irəli sürərək Eldəniz Səlimova rəqib olan əməkdar jurnalist Azər Həsrət Cebhe.info-ya açıqlamasında deyib ki, Eldəniz Səlimovun dost, tanış, qohum, yeyib-içdiyi insanlardan ibarət bir çevrəsi var:

“Təbii ki, o, Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin vasitəsilə birinci dəfə deputat oldu. 2020-ci ildə də eyni qaydada parlamentə düşdü. Xaçmaza yeni icra başçısı göndərilsə də, proseslərə Şəmsəddin Xanbabayev rəhbərlik edirdi. Hətta bu günün özündə də Şəmsəddin Xanbabayev Xaçmazın yeni icra başçısının normal fəaliyyətinə maneə törətməklə məşğuldur. Yəni Eldəniz Səlimovun belə bir çevrəsi var. Amma geniş anlamda seçici etimadını qazanması kimi bir məsələ olmayıb. Çünki bu adamın heç bir ictimai-siyasi keçmişi yoxdur. Eldəniz Səlimovu çoxları məlum hadisədən sonra tanıdı. Hətta Bakıdakı siyasi dairələrdə də deyirlər ki, bu adamın adını ilk dəfə eşidirlər. Belə bir adamın təbii ki, xalq arasında nüfuzu ola bilməz. Xaçmazda belə bir adamı siyasi xadim, deputat kimi əhali qəbul etməyib”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Xudat rayon təşkilatının sədri Çingiz Şahbazi də bildirib ki, Eldəniz Səlimovun ciddi nüfuzu olmayıb:

“Onun deputat kimi bu ərazidən seçilmək imkanı yox idi. Eldəniz Səlimov keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin köməkliyi ilə seçildi. Amma Eldəniz Səlimovun cavanlar arasında hörməti var idi. Amma bu, deputat hörməti deyil, başqa məsələdir. Eldəniz Səlimovdan nə desən gözləmək olar, çox çılğın adamdır. Amma bir məsələdə var ki, son seçkilərdə Eldəniz Səlimov Xaçmazda deputatlığa namizədlərin hamısından nüfuzlu idi. Amma “Xaçmaz Eldəniz Səlimova görə ayağa qalxar” kimi iddialar şişirdilib, ona görə heç kim ayağa qalxmaz. Bu mümkün deyil, onun elə nüfuzu yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram