Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Rusiyanın sualtı qayıqları Albaniya və Bolqarıstanın təhlükəsizliyini təhdid edir” - The National Interest

5-08-2021, 15:57

“Rusiyanın sualtı qayıqları Albaniya və Bolqarıstanın təhlükəsizliyini təhdid edir” - The National Interest

“Rusiyanın sualtı qayıqları Qara dənizdəki NATO müttəfiqləri üçün təhlükə yaradır”

DogruXeber.az Ovqat.com-a istinadən xəbər verir ki, ABŞ mərkəzli "The National Interest" hərbi analiz dərgisi bu iddianı irəli sürüb.

Kris Osborn adlı müəllif yazır:

“Rusiyanın "Novosibirsk" atom sualtı qayığı 885M (Yasen-M) layihəsi çərçivəsində 25 dekabr 2019-cu il tarixində suya buraxılan ilk seriya gəmisidir. Bu sualtı qayığı "Kalibr-PL" və "Oniks" tipli qanadlı raketləri əsas zərbə silahı kimi daşıyacaq. Nəticədə o, "Zirkon" hipersonik (səsdəniti) raketləri ilə silahlanacaq”.

Müəllifin fikrincə, bu da böyük ehtimalla, təhlükə tənliyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək: “Səsdəniti silah hardan atılmasından asılı olmayaraq son dərəcə təhlükəlidir və hal-hazırda ona qarşı yenilikçi üsulların inkişaf etdirilməsi üçün çoxsaylı səylər göstərilir. Sürəti səsdən beş dəfə artıq olan və hədəfə yaxınlaşan bu cür raketlərin dayandırılması hər hansı bir güc üçün kifayət qədər çətin bir vəzifədir və onları sualtılardan atmaq əlavə təhlükələr yaradır.

Hücumdan əvvəl müəyyən edilə bilən yerüstü bazalı səsdəniti raketlərin stasionar obyektlərindən fərqli olaraq, okeanın altında gizlənən sualtı qayıqlar bu cür hücumlardan müdafiəni əhəmiyyətli dərəcədə çətinləşdirir”, - müəllif yazır.

Üstəlik, səs səviyyəsini aşağı salan yeni texnologiyalarla əlaqədar narahatlıqlarını ifadə edən Kris Osborn bildirib ki, bu texnologiyaların sualtı qayıqlara tətbiqi onlara döyüş gəmiləri üçün əlçatmaz sahil bölgələrinə qədər irəliləmək imkanı verir, bu da Qara dənizdəki NATO müttəfiqləri üçün çətin risklər doğurur: “Səsdəniti raketləri ilə silahlanmış Rusiyanın yeni sualtı qayıqları NATO-nun Şərqi Avropa müttəfiqlərinin, o cümlədən Qara dənizdəki Albaniya və Bolqarıstanın təhlükəsizliyni böyük risk altında qoya bilər”.

Qeyd edək ki, məqalənin müəllifi Kris Osburn (Chris Osbourne) ABŞ Müdafiə nazirinin satınalma, maddi—texniki təminat və texnologiyalar məsələləri üzrə köməkçisinin dəftərxanasında yüksək ixtisaslı ekspert kimi xidmət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram