Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xalqın elçiləri necə olmalıdır? – “Parlamentdə yatmasınlar, yetər”

5-08-2021, 16:57

Xalqın elçiləri necə olmalıdır? – “Parlamentdə yatmasınlar, yetər”

DogruXeber.az: - Bəzən deputatlar millət vəkili adına yaraşmayan hərəkətlərə yol verirlər. Özlərini toxunulmaz hesab edən və vəzifələrindən sui istifadə edən bu tip “millətin vəkil”lərinin törətdiyi əməllər mənəviyyat anlamını da əzib keçir.

“Bizə toxunmaq olmaz, biz isə toxunarıq” prinsipinə söykənən bəzi deputatlar hətta qanunun aliliyinə də “kor” olurlar. İstənilən halda Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə heç kim qanundan üstün deyil. Qanunu pozan cəzasını almalı, hər kəs törətdiyi əmələ görə cavab verməlidir. Elə sabiq deputat Eldəniz Səlimov kimi... Artıq bu hadisə digər deputatlara da dərs olacaq.

Maraqlıdır, millətin vəkili necə olmalıdır?

Bizim.Media sözügedən məsələ ilə bağlı ictimaiyyət arasında sorğu keçirib. Saytımıza danışan vətəndaşların maraqlı cavablarını təqdim edirik:

Psixoloq Nail Cəlil:

“Deputat ciddi təşkilatçılıq bacarığına, yüksək mədəniyyətə, liderlik, natiqlik qabiliyyətinə malik olmalıdır. Milli Məclisdə canlı, arqumentli çıxış etməyi, real təkliflər səsləndirməyi bacarmalıdır. Başlıcası, nəyisə yazıb, ya yazdırıb üzündən oxumamalıdır. Ziyalı, təmkinli, iradəli, siyasi cəhətdən yetkin, mütərəqqi düşüncəli olmalıdır. Hər zaman, hər addımda xalqın, sadə insanların mənafeyini düşünməli, yüksək dövlətçilik təfəkkürünə malik olmalı, milli maraqlardan çıxış etməlidir. Gerçəkdən millətin vəkili, xalqın adamı olmalıdır. Sözü, işi, əməli uyğun gəlməli, ciddi qanunvericilik təşəbbüsləri irəli sürüb gerçəkləşdirməyi bacarmalıdır”.

İctimai fəal Elçin Həsənov:

“Razi Nurullayev kimi. Nə vaxt baxsan, millətin içindədir”.

Bakı sakini, Məhiyyəddin Cavadov:

“Millətin vəkili millət tərəfindən seçilməlidir. Qalan şeylər təfərrüatdır”.

Bakı sakini, İntizar Səfiyeva:

“Adı üstündədi. Həqiqi mənada millətin vəkili olmalıdır”.

Jurnalsit İbrahim Kamiloğlu:

“Xalqın səsi ilə seçilməlidir. Mütəmadi şəkildə seçiciləri ilə görüşlər keçirib problemlərinin həllinə nail olmağa çalışmalıdır. (Aidiyyəti qurumlara yönləndirməklə). Parlamentdə də vətəndaşların xeyrinə, onların ehtiyacı olan məsələləri gündəmə gətirməlidir. Vətəndaşların mənafeyinə zidd olan qanun layihələrini müdafiə yox, ona etiraz etməlidir”.

Hüquq müdafiəçisi Nailə İsmayılova:

“Milli Məclisdə seçicilərini təmsil edən millət vəkili olmalıdır!”

Şamaxı rayon sakini Asif Mikayılov:

“Tutduğu postun haqqını haqqıyla xalqa verməlidir. Söz azadlığı var. Şərait yaratsalar, hər kəs öz sözünü deyə bilsin və hüquqları tələb etməyə köməklik göstərsinlər. Kommunal xidmətlərin – qaz, işıq və su qiymətlərini aşağı salsınlar. Uşaqpulunu bərpa etsinlər. Aztəminatlı ailələrə sosial yardım almaqda yardım etsinlər”.

Coğrafiya müəllimi Münəvvər Bağırova:

“"Deputat" terminin hərfi mənası “elçi göndərilmiş", yəni xalqı təmsil edən, xalqın fikirlərini ifadə edən, xalqın öndə gedəni deməkdir. Deputata diplom lazım deyil. Onun diplomunu təmsil edən vətənpərvər, təşkilatçı, işgüzar, mərhəmətli, xalqın mənafeyini güdən, qanun funksiyalarına düzgün əməl bir şəxs olmasıdır. Çox təəsüfflər olsun ki, bizdə 90% xalqın elçiləri belə deyil. Çünki onların seçimi düzgün aparılmayıb”.

Bakı sakini Samirə Zülfüqarova:

“Xalqı düşünsün. Gələcəyinin sağlam böyüməsi üçün uşaqpulunu tətbiq etsin. Seçicilərinin problemləri ilə yaşasın, onların vəkili və müdafiəçisi olsun”.

Jurnalist Rəhilə Misirxanova:

“Millətin qayğı və problemləri ilə yaşaya bilən, dərdini və sevincini bölə bilən, Milli Məclisdə bu problemlərin həlli istiqamətində işlər görən vətəndaşlardan millət vəkili ola bilər”.

Bakı sakini Pərvanə Məmmədova:

“Millətin vəkilini ilk növbədə millət tanımalıdır, biz millət vəkillərini tanımırıq”.

Türkiyədə yaşayan azərbaycanlı Vəfa Mustafayeva:

“Seçilən millət vəkilləri parlamentdə yatmasınlar, yetər. Oyaq qalsalar, bəlkə bir şeylər edərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram