gundem / siyaset
19.08.2021, 14:49
Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü
DogruXebər.az : -"IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.