Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ronaldinyo ilə müqavilə imzalayan azərbaycanlı – Məşhur futbolçuya nə qədər PUL ÖDƏYİB?

25-08-2021, 13:50

Ronaldinyo ilə müqavilə imzalayan azərbaycanlı – Məşhur futbolçuya nə qədər PUL ÖDƏYİB?

DogruXeber.az: - Bu yaxınlarda “Eleven Kings” futbol oyununu yaradıcılarından biri, Orxan Rzayev dünya futbol ulduzu Ronaldinyo ilə uzunmüddətli əməkdaşlığa başlayıb. Bununla da startap futbol ulduzunun simasından və sosial media gücündən istifadə etmək imkanı əldə edib. Bundan sonra “Eleven Kings” Ronaldinyonun sosial media hesabları üzərindən reklam olunacaq.

Bizim.Media Orxan Rzayev ilə həmsöhbət olub. Müsahibə zaman gənc iş adamı maraqlı məqamlara toxunub.

O, Ronaldinyo ilə əməkdaşlıq üçün 3 il gecə-gündüz çalışdıqlarını bildirib.
Maraqlı müsahibəni təqdim edirik:

- Orxan, Ronaldinyo ilə əməkdaşlığınız necə başladı? Bu ideya haradan yarandı? Niyə məhz Ronaldinyo?

- Mənim üçün futbol tarixinin ən maraqlı siması Ronaldinyodur. Deyə bilərzsiz ki, Messi, Ronaldo və digərlərinin daha çox naliyyətləri var bu doğrudur. Ancaq mənim üçün futbola qatdığı rəng üçün Ronaldinyo bir nömrəli simadır. Ona görə qərar verdik ki, simamız məhz o olsun. Əlbəttə ki, o zaman üçün bu fikir bir az gülməli, absurd səslənirdi. Ancaq biz bu arzunun xəyal olaraq qalmasına izn vermədik və hədəfə doğru inamla irəlilədik. Danışıqlar 3 il davam etdikdən sonra yaxşı nəticə verdi.

- Sirr deyilsə bu müqavilə üçün nə qədər məbləğ ödənilib? Adətən bu cür ulduzlarla müqavilə imzalamaq üçün milyonlarla pul tələb olunur.

- Haqlısınız. Əslində İnstagramda 100 milyondan çox izləyicisi olan Ronaldinyo kimi bir sima ilə bu həcmdə əməkdaşlıq müqaviləsi imzalamaq 5-10 milyon civarında məbləğə başa gəlir. Lakin bizim komanda buna 0 büdcə ilə nail ola bildi. Biz onun komandasını inandıra bildik ki, “Eleven Kings”in gələcəyi, potensialı böyükdür. Bunun nəticəsində milyonlarla dəyəri olan bir müqaviləyə pul xərcləmədən imza atdıra bildik. Futbolçunun imicindən və sosial media gücündən istifadə edərək sürətlə inkişaf edib böyüməyə hədəfləyirik. Mən inanıram ki, qısa müddət ərzində “Eleven Kings” oyunu dünyanın hər yerində adı çəkilən bir biznes platformasına çevriləcək.

- Uğurunuz sevinirik və təbrik edirəm. Siz bu layihəniz ilə həyatda hər şeyin mümkün ola biləcəyini sübut etdiz. İstərdim uğur hekayənizdən də danışasınız. Necə oldu birdən –birə belə bir layihəyə başlamağa qərar verdiniz?

-Artıq 12 ildir ki, startap sferasındayam. İndiyə qədər müxtəlif layihələr üzərində çalışmışam. Bu onlayn alış-veriş, marketinq platformaları və.s. olub. Lakin bunlar daha çox lokal səviyyəli olub. 2017- ci ilin yayında artıq qərara gəldik ki, qlobal səviyyəli bir startap layihəsi yaratmağa cəhd edək və “Eleven Kings” futbol oyununu yaratdıq. Buna səbəb də uşaqlıqdan futbol həvəskarı olmağım idi. Dünyada demək olar ki, elə bir futbol menecer oyunu yoxdur ki, mən onu oynamayım. Buna görə bu oyunların həm istifadəçi, həm də biznes tərəfinə yaxşı bələdəm.

- “Eleven Kings” layihəsinin uğurunu necə əldə etdiniz? Bunun xüsusi düsturu varmı?

- Oyun ilk dəfə 2019-cu il ilin sentyabr ayında “Google Play Store” da istifadəyə verilib. Bu layihəyə 4 nəfərlik komanda ilə başlamışdıq. Elşad Pirimov, Nicat Zamanov, Sərxan Rzazadə və mən. Oyunun artıq ilkin versiya prototipi çıxdıqdan sonra digər insanlarda da bu oyuna maraq yarandı və komandaya qoşulanlar oldu. İndiyə qədər oyuna 4-ü Azərbaycan, biri isə Kanadadan olmaqla 5 nəfər sahibkar toplam 250.000 ABŞ dolları investisiya edib. Bu məbləğlə biz neçə il ərzində oyunu inkişaf etdirib, bu səviyyəyə çatdırmışıq.

- Planda nə yeniliklər var?

- Artıq toxum mərhələ investisiya etapı üçün yeni danışıqlar aparırıq. Artıq investisiya yatırımlarını genişləndirib bir milyon dollar investisiya cəlb etməyi planlaşdırırıq. Bu mərhələ üçün hazırda bir neçə şirkətlə danışıqlarımızı davam etdiririk. İnanıram ki, Ronaldinyo ilə əməkdaşlığımız bu prosesi sürətləndirəcək.//Bizim.Media






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram