Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Övladla “kəllə-kəlləyə gəlmək”, təzyiq, təhdid əsla müsbət nəticə verməyəcək” - PROBLEM

4-09-2021, 09:39

"Övladla “kəllə-kəlləyə gəlmək”, təzyiq, təhdid əsla müsbət nəticə verməyəcək” - PROBLEM

DogruXeber.az: - Bu gün ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticəsi məlum olacaq. Əlbəttə, hər il olduğu kimi bu dəfə də bəzi abituriyentlər uğursuzluqla üzləşəcəklər. Ailədə narazılıqların yaşanması və bunun ciddi faciələrlə, o cümlədən intiharlarla nəticələnməsi də istisna deyil. Halbuki heç də dünyanın sonu deyil. Və ikinci şans həmişə var.

Tanınmış jurnalist Elmin Nuri də bu barədə olduqca təsirli və effektiv yanaşma ortaya qoyub. O qeyd edib:

“Hörmətli valideynlər, çox güman, bu gün axşam saatlarında ixtisas seçiminin nəticələri məlum olacaq.... Həyatdır, övladınız uğursuzluqla da üzləşə bilər... (ya kəsilə, ya da istəmədiyi, məcburən yazdığına düşə bilər). Məhz həmin vaxt onunla yaxın dost olun... Gözəl bir çay dəsgahı təşkil edib, birinci çayı ona süzün və gələcəklə bağlı fikirlərini aramla, mane olmadan və tam emosiyasız dinləyin... Elə oradaca çox gözəl planlar qurun, Hədəf strategiyasını müəyyən edin və "sənə inanırıq" deyin!!!”

Psixoloq Ləman Səfərova bu barədə “Sherg.az”a danışdı. O, ailədə ana-ataların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğuladı:

“Təəssüf ki, valideynlər bəzən övladlarının konkret ixtisasa qəbul olmasında israr edirlər. Amma belə olmalı deyil. Onuncu sinifdən etibarən abituriyentlər hər iki ssenariyə hazırlanmalıdırlar. Uşağa başa salmaq lazımdır ki, əlindən gələni etmək lazımdır. Eyni zamanda uğursuzluğun fəlakət olmaması da başa salınmalıdır. Yəni əvvəlcə valideyn özünü hazırlamalı, sonra uşağını hazırlamalıdır. Yeniyetmənin potensialına uyğun olaraq ona inam göstərilməlidir. Kimisə nümunə göstərmək düzgün deyil. Əksinə, ailə, yaxın ətraf gənclərə dəstək olmalıdırlar”.

L.Səfərova, həmçinin bildirdi ki, lazımi məqamlarda kənardan dəstək verilməlidir:

“Əslində bu işlə birbaşa məktəb psixoloqları məşğul olmalıdırlar. Amma bir çox məktəbdə bu xidmət sıfır səviyyəsindədir. Deməli, ailənin imkanı varsa, uşağı üçün fərdi psixoloqa müraciət edilməlidir.

Dərsə meyil göstərməyən yeniyetmələrin də digər sahədəki bacarıqları üzə çıxarılmalıdır. Övladla “kəllə-kəlləyə gəlmək”, təzyiq, təhdid əsla müsbət nəticə verməyəcək.

Əksinə, çox zaman abituriyentlər məhz bu səbəbdən intihar yolunu seçirlər. Övladı vicdan əzabı çəkməyə sövq etmək də yanlışdır. Heç bir ana-atanın buna haqqı yoxdur.
Uşağına lazımi dəstəyi göstərmək hər bir valideynin borcudur. Bu, Qanunda da var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram