Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Onlar mənim yaradıcılığıma, zövqümə, gücümə bələddirlər"

4-09-2021, 14:44

"Onlar mənim yaradıcılığıma, zövqümə, gücümə bələddirlər"

DogruXeber.az: - Kinorejissor Elşən Zeynallının “Soyuq günəş”-filmi böyük marağa səbəb olub. Artıq “Youtube”-da 3 milyondan çox izləyici toplayan film maraqla bərabər tənqidlərlə də üzləşib. Filmin rejissoru Elşən Zeynallı Moderator.az-a açaıqlmasında filmi tənqd edənlərə səsləndi:

“Əslində tənqidləri normal qəbul edirəm. Biləndə ki, yerli mətbuatda “Soyuq günəş” müzakirə obyektinə çevrilib bu məni çox sevindirir. Qruplaşmaların yazdıqları yazılar, onların maraqlarına qulluq edir. Bunu dəfələrlə sübut etmişəm, yenə də sübut edə bilərəm. Əslində tənqidi gördükdə sevinirəm, çünki mən nə etdiyimi yaxşı bilirəm. Tənqidin özü də bir PR-dır. “Soyuq günəş” sadə tamaşaçı kütləsi üçün nəzərdə tutulub, buna kassa filmi deyirlər. Film özünü doğruldub və “Youtube”-da izlənmə sayı 3 milyonu keçdi. Film “Youtube”-da 3 dildə Azərbaycan, rus və ləzgi dillərində yerləşdirilib. 3 milyon bir xalq deməkdir. Avropada elə dövlətlər var ki, əhalisi 3 milyon təşkil edir. Bu da o deməkdir ki, sanki bu “Soyuq günəş”-ə bir xalq baxıb. Ancaq bəzən birdə görürsənki bəzi qələm sahibləri və sahibələri başlayırlar bunu “Oskar” mükafatı alan film kimi yanaşmağa. Onlar mənim yaradıcılığıma, zövqümə, gücümə bələddirlər. Bilirlər ki, mən hansı kinomatoqrafiyaya, hansı kateqoriyaya aidəm, çünki məni şəxsən tanıyırlar. Və ona görə də bəzən çox dərinə gedirlər. Onlar “Soyuq günəş”-i 8-9 “Oscar” mükafatı almış film kimi təhlil edirlər. Sizin nə yazmağınızdan asılı olmayaraq film xalq tərəfindən qəbul edilib.
Paytaxtımızda ən böyük marketlər, “Moll”-larda, ticarət mərkəzlərində filmin sountraktı səsləndirilir. Nəqliyyat vasitələrində dinlənilir, musiqiçilər sevərək filmin musiqisini ifa edir. Çünki həmin sountrakt filmə yazılıb, o filmlə məhşurlaşıb və biz bu baxımdan tənqidi qəbul etmirik”.

E.Zeynallı filmin uğurlarına sevindiyini bildirdi: “Filmin uğuru dostlarımızı sevindirirsə, bəzəndə bizi sevməyənləri qıcıqlandırır. Düşünürlər ki, bu necə oldu cüzi malliyə ilə, şəraitsizliklə bir film çəkəsən, o da trendə çevrilə. Sizin vasitənizlə də onlara demək istəyirəm ki, hirslənməyin, hər şeyi sakit qarşılayın. Mənə normal maliyyə dəstəyi olsa, normal mühit, şərait yaradılsa gör mən daha nələr edə bilərəm. Bəzi insanları qıcıqlandıran narahatcılıq, yaradan məsələ də elə odur. Fikirləşirlər ki, bu imkansızlığın içərisində Elşən Zeynallı bunu etdisə gör buna imkan yaratsan nələr edər. Əvvəllər şit komediyalarla kassa doldurmaq olurdusa və hamı bunu qəbul edirdisə “Soyuq günəş”-i niyə qəbul etməsinlər? “Soyuq günəş” ciddi drama və faciə janrlarından bəhs edən filmdir və ilk dəfə dram janrında çəkilən film komediya janrında çəkilən filmi izlənmə sayına görə ötüb. Mən bunu sübut etdim, özü də məşhur aktyorlar olmadan. Bizim aktyorlarımızın çox yüksək peşəkarlığı və mənim rejissorlarımın vəhdəti ilə biz bunu etdik. Mən umid edirəm ki, bundan sonra daha da uğurlu işlər görəcəyik. Sabah beynəlxalq festivallar səviyyəsində filmimiz ortalığa çıxanda mən o şəxslərdən tənqid gözləyəcəm. Çünki onda tənqidə ehtiyacım olacaq. “Soyuq günəş” adi bir filmdir, axı nədir sizi narahat edən? Filmdə heç bir söyüş, tərbiyəsizlik yoxdur ki… Bəzi filmlər reytinq qazanmaq üçün küçə söyüşləri, əxlaqsız hərəkətlərlə dolu olan film nümayiş etdirirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram