Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncə xanlığının gümüş pulunu 2 milyon 740 min dollara satmaq istəyən kimdir... - BİR AZ ENDİRİM EDƏ BİLƏR

4-09-2021, 16:00

Gəncə xanlığının gümüş pulunu 2 milyon 740 min dollara satmaq istəyən kimdir... - BİR AZ ENDİRİM EDƏ BİLƏR

DogruXeber.az: - Rusiyanın Belqorod şəhərində naməlum şəxs, iddia etdiyi kimi, 1178-ci ildə buraxılmış gümüş pulu satışa çıxarıb. “Fyodor” niki ilə elan saytlarından birində yerləşdirilmiş elanı yerli jurnalistlər araşdırıblar. Satıcı bildirir ki, həmin pulu 200 milyon rubla (təxminən 2 milyon 740 min dollara) satır.

Sikkənin təsvirində deyilir ki, bu gümüş pul Gəncə xanı Məhəmmədhəsən xanın dövründə hazırlanıb və “abbası” adlanır.

Gəncə xanlığının gümüş pulunu 2 milyon 740 min dollara satmaq istəyən kimdir... - BİR AZ ENDİRİM EDƏ BİLƏR


Və satıcı iddia edir ki, gümüş pulu Gəncə xanlığının ərazisində aparılan qazıntı zamanı tapıblar. Və pul Gəncə şəhərində 1178-ci ildə buraxılıb. Jurnalistlər qiymətdə endirimlə maraqlanmaq üçün elan sahibinə zəng vurublar, o təsdiq edib ki, gümüş sikkəni 200 milyon rubla satmaq istəyir. Amma alan olsa biraz endirim edə bilər.

Gəncə xanlığının gümüş pulunu 2 milyon 740 min dollara satmaq istəyən kimdir... - BİR AZ ENDİRİM EDƏ BİLƏR

Lakin gümüş sikkəni satıb milyonlarla dollar qazanmaq istəyən bu şəxs tarixlə bağlı bir balaca səhvə yol verib. Çünki Azərbaycan ərazisində mövcud olmuş Gəncə xanlığının tarixi 12-ci əsrə deyil, 18-ci əsrə aiddir, xanlıq 1947-1804-cü illərdə fəaliyyət göstərib, 19-cu əsrin əvvəllərində rus generalı Sisyanovun hücumuna məruz qalıb, Gəncə qalası işğal edilib, sonuncu Gəncə xanı Cavad xan isə həlak olub. Bu işğal nəticəsində xanlıq süqut edib. Həmin Məhəmmədhəsən xan isə 18-ci əsrin sonlarına doğru Gəncə xanı olub...

Belqorodun yerli Go31.ru saytı da bu pul satışı elanı ilə bağlı xəbərində Gəncə xanlığının hansı dövrdə fəaliyyət göstərdiyini xatırladır.// virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram