Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məmurların KÜLLİ MİQDARDA BORCU VAR... - FAKTLAR

7-09-2021, 19:13

Məmurların KÜLLİ MİQDARDA BORCU VAR... - FAKTLAR

DogruXeber.az: - Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və Baş nazirin birinci müavini Yaqub Eyyubovun “Azəriqaz” İstehsalat Birliyinə (İB) külli miqdarda borclu olduqları haqda məlumat vermişdik.

Qeyd etmişdik ki, R.Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəmədiyi üçün 16 min manat həcmində cərimələnib. Y.Eyyubov isə “Azərqaz”a olan 10766 manat borcunu ödəməkdən imtina edir. Üstəlik, onun “Azəriqaz” əməkdaşlarını “bir də gəlib qazpulu tələb etsəniz, ayağınızı sındıraram”, - deyə hədələdiyini də dəyərli oxucuların diqqətinə çatdırmışdıq.

Hurriyyet.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə İB-nin əməkdaşları Ramil Usubovun Novxanıdakı villasına baş çəkiblər. Bu zaman məlum olub ki, sabiq nazirin “Azəriqaz”a 4 min manat borcu var. Lakin R.Mehdiyev və Y.Eyyubovdan fərqli olaraq ona cərimə yazılmayıb. Çünki həmin vəsait illərlə yığılıb qalan borc olmayıb. Yəni villada qısa müddət ərzində istifadə olunan mavi yanacağa görə yaranan borc olub.

Məsələylə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Hürriyyət"in suallarını cavablandırıb:

- "Hürriyyət" qəzetinin əldə etdiyi məlumata görə, bir sıra yüksək çinli məmurlar "Azəriqaz"a olan borcunu ödəməkdən imtina edir. Öncə Ramiz Mehdiyev, daha sonra isə Yaqub Eyyubov və Ramil Usubov...İlk olaraq bu məsələyə münasibətinizi bilmək istərdik.

"Azəriqaz" İstehsalat Birliyinin mərkəzi aparatına Ramil Usubovun borcuyla bağlı heç bir məlumat daxil olmayıb. İnanıram ki, əgər vətəndaş olaraq borcu varsa ödəniləcək. Mərkəzi aparata hələ ki, belə bir məlumat daxil olmayıb.

- Ümumiyyətlə, məmurlar arasında "Azəriqaz"a külli miqdarda borcu olan və bunu ödəməkdən imtina edən məmurlar varmı?

Ümumiyyətlə, "Azəriqaz" İstehsalat Birliyinə nə sadə vətəndaş, nə də yüksək çinli məmurların mövcud borcunun ödənilməməsi ilə bağlı qətiyyən problemi yoxdur. Bütün məmurlar da vətəndaş olduğuna görə, istehlak etdikləri qazın pulunu ödəyirlər. Amma, dediyiniz şəxslərlə bağlı mərkəzi aparata məlumat daxil olmayıb. Ramiz Mehdiyevin qaz borcunun olması ilə bağlı yayılan xəbərlər də təsdiqini tapmadı.

- Bilmək istərdik ki, istər məmur, istərsə də adi vətəndaşlardan "Azəriqaz" əməkdaşlarına problem yaradan və ya sayğac göstəricilərinin qeydə alınmasına mane olanlar olurmu?

Statusundan aslı olmayaraq hər bir vətəndaşın "Azəriqaz" əməkdaşlarına sayğacı göstərmək öhdəliyi var. Bu öhdəliklə bağlı problemimiz yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram