Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Səhiyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

8-09-2021, 12:05

Səhiyyə Nazirliyinin bu vəzifəsi LƏĞV EDİLDİ

DogruXebər.az : - Beynəlxalq təcrübəyə əsaslanaraq tibbi innovasiyaların tətbiqi, tibb elminin nailiyyətlərinin təhlili, xəstəliklərin diaqnostikası və müalicə metodlarının müəyyənləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyində tibbin sahələri üzrə mütəxəssis-ekspertlərin fəaliyyəti təşkil ediləcək.

Nazirlikdən verilən məlumata görə, indiyədək mövcud olan Baş mütəxəssis institutunun mütəxəssis-ekspertlərlə əvəz olunmasında əsas məqsəd müraciət hallarının daha operativ şəkildə araşdırılması, şəffaflığın, səmərəliliyin yüksəldilməsi və bu sahədə beynəlxalq standartların tətbiqindən ibarətdir.

Mütəxəssis-ekspertlərin vəzifələrinə tibbin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarını hazırlamaq; tibbi innovasiyaların öyrənilməsində və onların praktikada tətbiqində iştirak etmək; kodlaşdırma proseduru və müvafiq sahə üzrə ölüm səbəbinin seçilməsi üçün metodik təlimatları hazırlamaq; səhiyyə müəssisələrinə təşkilati-metodik və konsultativ yardım göstərmək və digər məsələlər aiddir.

Qeyd edək ki, mütəxəssis-ekspertlər könüllü olaraq yazılı razılıq əsasında səhiyyə naziri tərəfindən 3 il müddətinə təyin ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram