Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.

9-09-2021, 12:03

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.
Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram