"Azərbaycan Avropanın çox ölkəsinin ordusuna qalib gələ biləcək gücə malikdir" - Qərb mətbuatı

DogruXebər.az : - Azərbaycanın Vətən uğurunda 44 günlük müharibəsi beynəlxalq ədaləti, həmçinin Azərbaycanın beynəlxalq hüquq, habelə ölkə Konstitusiyası ilə təmin olunan haqlarını bərpa etdi. İllərlə əraziləri qanunsuz işğal altında olan və bu işğalın nəticələrini sülh yolu ilə aradan qaldırmaq üçün strateji səbir nümayiş etdirən Azərbaycan beynəlxalq hüquq çərçivəsində ona verilən haqla özü təkbaşına, Silahlı Qüvvələrinin şücaəti, qəlbi Vətən sevgisi ilə alışan oğullarının qəhrəmanlığı, “dəmir yumruq” hesabına ərazi bütövlüyünü təmin etdi.

Son 30 ildə Ermənistanın davam edən hərbi işğalına göz yuman, erməni yalanlarını təşviq edən, bunun üçün hətta Azərbaycanın ərazilərinə qanunsuz səfərlər etməkdən çəkinməyənlər belə bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi nəticəsində yaranmış yeni reallıqları nəzərə almaya bilmirlər. Birtərəflilik, qərəzlilik, hədsiz “erməni sevgisi” nümayiş etdirən bu şəxslər Azərbaycan Ordusunun gücünü, həyata keçirilmiş yüksək səviyyəli idarəetməni etiraf edir, hətta bunu “Qərbin hərbi üstünlüyünə meydan oxuyacaq yeni güc dövlətlərinin ortaya çıxması” kimi qiymətləndirirlər.

"Report" xəbər verir ki, Ermənipərəst mövqeləri ilə seçilən Pyer d’Herbes və Şarl de Blondin kimi tədqiqatçıların bu yaxınlarda İsveçrənin tanınmış “Le Temps” internet portalında məqaləsi dərc olunub. Yazıda ənənəvi qərəzli mövqe nümayiş olunmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüş məharətindən, Vətən müharibəsində Azərbaycanın Qələbəsinin yaratdığı yeni geosiyasi reallıqlardan və Azərbaycan Ordusunun gücündən ətraflı bəhs edilib.

Məqalədə son illərdə Qərbin hərbi üstünlüyünə meydan oxuya biləcək yeni güc dövlətlərinin ortaya çıxması və buna cavab olaraq, Fransa ordusu tərəfindən yeni doktrina toplusunun yaradıldığı vurğulanır, Azərbaycan və Ermənistan arasında müdafiə büdcələrində olan fərqin həlledici olması və Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanları spektrinin geniş və daha çevik olması diqqətə çatdırılır.

Bundan əlavə qeyd edilir ki, Azərbaycanın uğurları, əsasən, inteqrasiya edilmiş hava hücumundan müdafiə, radio-elektron müharibə, batareya əleyhinə mübarizə sistemlərini və hava-kosmos kəşfiyyat və müşahidə sistemlərini birləşdirən müasir, şəbəkə əsaslı komanda və idarəetmə strukturu sayəsində əldə edilib. Vurğulanır ki, bu, öz növbəsində, müxtəlif növ əməliyyatlarda (kəşfiyyat və müşahidə, taktiki bombardman, quru qoşunlarına dəstək, batareya əleyhinə mübarizə və s.) iştirak edə bilən müxtəlif tip (taktiki, strateji, gəzən sursat və s.) pilotsuz uçuş aparatlarından səmərəli və rasional istifadəni mümkün edib.

Yazıda qeyd edilir ki, havadan zərbələr müharibə zamanı həlledici olub və bu tip zərbələrdə PUA-lar, döyüş təyyarələrinə nisbətən daha vacib rol oynayıb. Habelə, müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərinin susdurulmasının Azərbaycan Silahlı Qüvvələri üçün prioritet tapşırıq olmasını vurğulayaraq, Ermənistan tərəfinin HHM sistemlərinin zəif qorunduğunun ortaya çıxması və erməni birləşmələrinin çox tezliklə havadan hücumlara və xüsusən gəzən sursatlara qarşı müdafiəsiz qalması qeyd edilir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, Ermənistan tərəfinin komanda-idarəetmə qabiliyyətinin effektiv olmaması, qərar qəbul edilməsi prosesində olan qüsurları ortaya çıxarıb. Erməni qüvvələrinin itkilərinin çox böyük olduğu, onların bir neçə yüz top, nəqliyyat vasitələri və tanklar itirdikləri bildirilir.

Məqalədə, qərb dövlətlərinin artıq yüksək texnologiyalı silahların yeganə istifadəçisi olmadığı və Azərbaycanın bir çox Avropa İttifaqı ölkələrindən daha geniş bir əməliyyat spektrinə cavab verə biləcək hərbi vasitələrə malik olduğu bildirilir. Azərbaycanın, Fransa və Böyük Britaniya istisna olmaqla, nəzəri qarşıdurmada Avropa ölkələrinin çoxunun silahlı qüvvələrinə qalib gələ biləcək bir orduya malik olduğu vurğulanır.


Oxunub: 280

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər