Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Aprel ayında sifariş etdiyimiz mebeli hissə-hissə gətirirlər..." - NARAZILIQ!

10-09-2021, 13:48

"Aprel ayında sifariş etdiyimiz mebeli hissə-hissə gətirirlər..." - NARAZILIQ!

DogruXeber.az: - Redaksiyamıza "Aydınoğlu" mebel şirkəti ilə bağlı şikayət daxil olub.

Belə ki, şikayətçi R.H. Sonxeber.az-a bildirir ki, aprel ayında nağd qiymətə "Aydınoğlu" mebel mağazasından qonaq və yataq otağı dəsti alıb. Lakin aradan 5-6 ay keçməsinə baxmayaraq, hələ də mebelləri tam şəkildə gəlib çıxmayıb:

"Aprel ayında sifariş etdiyimiz mebeli hissə-hissə gətirirlər. Neçə ay keçib, amma hələ də çatışmayan əşyaları qalıb. Hər gün "sabah gətirəcəyik" deyə-deyə günləri yola verirlər. Nə gələn var, nə gedən. Mebelləri də çox aşağı keyfiyyətdədir, işi o qədər yola veriblər ki, artıq başqa sexdə yenidən bərpa etdirməliyəm. Mebel hələ tam deyil, amma indidən sökülüb-tökülür. Qiyməti də ucuz deyildi, kifayət qədər bahalı mebeldir. Bu şirkəti hər kəs tanısın, oradan mebel alaraq özlərinə problem yaratmasınlar".

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram