Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncləri xaricə qaçıran çətin suallar: - Test imtahanını sadələşdirək?

11-09-2021, 00:04

Gəncləri xaricə qaçıran çətin suallar: - Test imtahanını sadələşdirək?

DogruXebər.az: - 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları başa çatdı.

III ixtisas qrupunda 500-520 arası bal toplayan 2 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent ali məktəbə qəbul ola bilməyib.

Bu statistikanı digər ixtisas qruplarında da görmək mümkündür. Təhsil ekspertləri belə qənaətdədirlər ki, mütləq şəkildə qəbul imtahanları sadələşdirilməlidir. Ən yaxşı halda qəbul imtahanında yanlız 10 və 11-ci sinif dərsliklərindən istifadə olunmalıdır ki, şagirdlər az kitab oxuyub özləri fərdi qaydada hazırlaşsın.

Bu gün fakt odur ki, illərlə vəsait ödəyərək repetitor yanına gedən və qəbul imtahanlarında 400-600 bal toplayaraq ali məktəbə daxil ola bilməyən abituriyentlər var. Bu isə illərlə çəkilən zəhmətin itirilməsi, nəticəsiz qalmasıdır.

Təhsil üzrə ekspert Şahlar Əsgərov Cebhe.info-ya uzun illərdir ki, bu mövzunun təbliğatçısı və ideya müəllifi olduğunu bildirdi:

“Azərbaycanda çətin qəbul imtahanları prosesinin keçirilməsinə niyə ehtiyac yoxdur? Əvvəllər sovet dövründə ciddi, çətin imtahan keçirilməsinə ehtiyac vardı. Çünki hər məktəbi bitirən 100 şagirdin 30-u üçün ali məktəbdə yer var idi. Qalanları isə kolxoza, sovxoza, tikintiyə getməli idi ki, indi onlar yoxdur. Ona görə də ciddi imtahana ehtiyac yoxdur.Bundan başqa bütün istedadlı gənclər internet vasitəsilə xaricdə ali məktəblərə daxil olurlar. Çünki onları burada saxlamağa şərait yaratmamışıq. Gedirlər və geri qayıtmırlar. İstedadlı gənclərimizi öz əlimizlə xaricə göndəririk ki, alın, xərcləyin. Həmin gənclər burada qalsa, ölkə də inkişaf edər.

Bu gün ölkədə 10 faiz gənclər xaricə gedir. Qalan 10 faiz uşağın da təhsil almasına ehtiyac yoxdur, əqli geriliyi var. Biz hər 100 gəncdən 70-80 nəfərini oxutmalıyıq. Onların təhsil alması üçün yerlər var. Onları da yüngül imtahanla ali məktəblərə qəbul etməliyik. Bunun çox müsbət tərəfləri var. Birincisi, imtahansız qəbul adı altında bizim gənclərin çoxu Gürcüstana, Ukraynaya, Rusiyaya, Türkiyəyə gedir. Ancaq burada imtahan çətindir. Valideyn hər ay həmin uşağın xaricdə təhsil alması üçün ən az 300 dollar pul göndərir. Evdə nə var hamısını satır. Bunu təhlil etmək lazımdır. Kimin ürəyi necə istəyir, necə sərfəlidirsə o cür hərəkət etməli deyil. İctimai mənafe qorunmalıdır. Üstünlüklərdən biri odur ki, həmin tələbələr burada qalar”.

Ekspert deyir ki, bu cür çətin imtahanlar isə repetiror sistemini yaradır:

“Belə çətin imtahanlar olmasa, repetitor sistemi qurtarar. Şagird dövlət təhsil müəssisəsində normal təhsil alar. Onun dövlətə məhəbbəti artar. Bunun psixoloji tərəfləri də var. Nə qədər ölkəmizin ali məktəblərində gənclərimiz çox olsa, oğlanlar, qızlarımız bir-birini görər, gələcək həyat yoldaşını seçə bilər. Biz bu gün gənclərimizi xarici ölkələrə göndərməklə itirirk. Öz əl-qolumuzu bağlayırıq, xəbərimiz yoxdur. Gənclərin ailə qurması onların deyil, yaşlı nəslin problemidir. Yaşlı nəsil onlara bu şəraiti yaratmalıdır. Ona görə də 70 faiz gənclərimiz ali məktəbdə oxumalıdırlar, taleləri uyğun gələnlər də ailə qurarlar, həmçinin ölkəmizdə qalıb çalışarlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram