Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəkidə ƏYRİ-ÜYRÜ İŞLƏR... - İTTİHAM

11-09-2021, 10:46

Şəkidə ƏYRİ-ÜYRÜ İŞLƏR... - İTTİHAM

DogruXeber.az: - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeçiliyində olan xeyli sayda su anbarlarından, hidroqovşaqlardan biri də Şəkidəki Əyriçay su anbarıdır.
Məlumat üçün qeyd edək ki, su anbarı Əyriçayın məcrasında yerləşir. Su anbarı Şəki və Qax rayonlarının torpaq sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir.
Bəndin hündürlüyü 23 m, bəndin uzunluğu 2100 m və su anbarının ümumi həcmi 80.6mln.m³-dur.
Su bəndi Əyriçay Su Anbarı İstismarı İdarəsinə məxsusdur. Və idarəsinin rəisi Məhəmməd Qurban oğlu Qasımovdur.
Məhəmməd Qasımovla bağlı internet üzərində araşdırma apararkən, onun barəsində xeyli sayda “bəy tərifinə” rast gəldik. Müxtəlif mediada yazılır:
Məmməd Qasımov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır.
Məmməd Qasımov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Prezident İlham Əliyevdən nümunə götürən Məmməd Qasımovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi. Və s.
Birincisi, Məhəmməd Qasımov kimdir, nəçidir ki, Ulu Öndərə dəyər verə, yaxud zövq ala.
İkincisi, Məhəmməd Qasımov nəyi nümunə götürüb cənab prezident İlham Əliyevdən ?
Məgər dövlətin Su anbarına ayırdığı milyonları saxta tender adı altında mənimsəmək nümunədir ?
Bəlkə, hidrotexniki qurğuların, boru kəmərlərinin, istismar yollarının, nasos stansiyası binalarının, mexaniki avadanlıqların və beton kanalların cari təmiri üçün alınacaq tikinti materiallarının qiymətlərini ən azı 4-5 dəfə şişirdib dövlət vəsaitini talamaq nümunədir, cənab Məhəmməd Qasımov ?
Məhəmməd Qasımov, özün haqqında yazdırırsan ki, istedad sahibisən.
Bəlkə, idarəyə ayrılmış yanacağı, sürtkü yağlarını kimlərəsə satmaq, pul qazanmaq üçün istedad lazımdır ?
Məhəmməd Qasımov, sənin əməllərin ucbatından hər il Şəkini və ətraf bölgələri sel basır, insanlar hər cürə əziyyət çəkir, sahibkarlar ziyana düşür. Buna istedad lazımdır ?
Məlumdur ki, aqrar sahənin inkişafı baxımından torpaqların meliorativ qaydalara uyğun olaraq suvarılması böyük əhəmiyyət kəsb edir. Bunun üçün su anbarlarının, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən sığortalanması üçün dövlət milyonlarla vəsait ayırıb.
O, pullar hara gedib, Məhəmməd Qasımov ?
Məgər adam Əyriçayın müdiri olanda əyri əməllərlə məşğul olar ?
İndi isə sualımız Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılovadır.
Cənab sədr ! Bu yaxınlarda Sabirabad, Saatlı, İmişli, Füzuli, Biləsuvar, Salyan, Neftçala rayonlarındakı su təsərrüfatı obyektlərinə baxış keçirmisiniz. Hətta məlumata görə, Şəkidə də su qovşaqlarında olmusunuz.
Səfərinizin məqsədi cənab Prezidentin tapşırıqlarından irəli gələn məsələlərlə yerində tanış olmaq və qarşıya qoyulan məsələləri vaxtında yerinə yetirməkdən ibarət idi.
Cənab sədr ! Məhəmməd Qasımovun əyri əməlləri ilə tanış ola bildinizmi ?
Məmməd Qasımovun yol verdiyi bir çox qanun pozuntularını gördünüzmü ?
Məhəmməd Qasımov hər il idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pulu mənimsəyir. Transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət vəsaitini cibinə qoyur.
Cənab Zaur Mikayılov, siz bunları görmədiniz ?
Görmədinizsə, çox pis.
Görüb tədbir görmürsünüzsə, lap pis. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram