Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Lapşinin Azərbaycandakı dostları kimlərdir? - HƏQİQƏTƏN DƏ...

11-09-2021, 10:55

Lapşinin Azərbaycandakı dostları kimlərdir? - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az: - Aleksandr Lapşini xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bloger kimi tanınan bu şəxs Azərbaycana düşmən kəsilib və qatı ermənipərəst mövqeyində olduğunu hamı bilir. Dünən Lapşin Feysbuk səhifəsində Bakı metrosundan şəkil paylaşaraq belə bir status yazıb:

“Bu şəkli Azərbaycandan bir dost göndərib. Onlar ictimai nəqliyyatda Ermənistana qarşı yeni təcavüz təbliğatı var. Ekranda Ermənistan şəhərlərinin adları göstərilir və dərhal da o yerləri Azərbaycan adları ilə verirlər. Şəkli göndərən oğlan ekranda Vardenis sözünün yanında Basarkeçər yazıldığını göstərib. Belə başa düşdüyüm kimi, artıq İrəvan, Vanadzor, Eçmiadzin, Stepanavan adları da Azərbaycan versiyaları ilə təqdim olunur və o əraziləri özlərininki hesab edirlər. Bu təbliğat bütün avtobuslarda, metroda və Bakının küçələrində gedir".

Lapşinin Azərbaycandakı dostları kimlərdir? - HƏQİQƏTƏN DƏ...


Diqqəti cəlb edən toponimlərin adlarının təbliğatı yox, Lapşinə informasiya ötürən ”oğlan”ın kimliyidir. Yəni, Lapşin və onun kimiləri üçün Bakıdan informasiya ötürənlər də var. Təəccüblü deyil. Hələ Lapşin Bakıda həbs olunanda Londonda fəaliyyət göstərən “Azerfreedom” adlı bir internet kanalı Lapşinin həbsinə etiraz etdiyini və gələcəkdə Lapşinə kompensasiya ödəyəcəklərini vəd vermişdi. Lapşin azad edildikdən sonra, o həmin internet kanala dəvət edilmiş və Azərbaycana qarşı təbliğat aparmışlar. Bu barədə yaxınlarda “Fedai.az” saytında maraqlı araşdırma da yer alıb.

Müvafiq orqanlar Lapşin kimi Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən, ona informasiya verənləri aşkarlayıb tədbirlər görməlidir. Bu gün metro, ya avtobusdan şəkil çəkib göndərən, sabah məxvi obyektlərdən fotoreportajlar hazırlayıb ötürə bilərlər.//Moderator.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram