Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

AXI NİYƏ MƏMUR ÖVLADLARI yüksək vəzifələrə təyin edilir... - peşəkarlıq, yoxsa şəxsi əlaqələr?

13-09-2021, 12:28

AXI NİYƏ MƏMUR ÖVLADLARI yüksək vəzifələrə təyin edilir... - peşəkarlıq, yoxsa şəxsi əlaqələr?

DogruXebər.az : - Azərbaycanda məmur övladlarının vəzifələrə təyin olunması, onlara yüksək etimad göstərilməsi ilə bağlı müzakirələr yeni deyil. Düzdür, məmurun övladı olmaq o demək deyil ki, hər hansı vəzifəyə təyin oluna və ya sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzsən. Lakin nəzərə alanda ki, bu kimi hallar həddindən artıq çoxdur və hansı daşı qaldırırsan, altından məmur övladları çıxır, bu mənada məsələ vaxtaşırı olaraq aktuallıq qazanır. Təsadüfi deyil ki, mətbuatda və sosial şəbəkələrdə “Filan nazirin oğlu filan vəzifəyə təyin edildi”, “Deputatın oğluna yüksək etimad” və s. başlıqlı xəbərlərə mütəmadi rast gəlirik.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova AYNA-ya açıqlamasında bildirib ki, hər bir vətəndaşın vəzifədə olmaq hüququ var və bunu ona heç kim qadağan etmir: “Məmur övladlarının da arasında kifayət qədər istedadlı, peşəkar kadrlar var. Zamanında valideynlərinin imkanı olub və övladlarını xaricdə təhsil övladları bu imkandan bəhrələnib, bu başqa söhbətin mövzusudur. Reallıq odur ki, onların da arasında vəzifəyə layiq adamlar var. Əgər onlar doğrudan da dövlət qulluğu imtahanlarından keçib və ya mərhələ-mərhələ gəlib bu yerlərə çatıblarsa, onları təqdir etmək lazımdır”.

Vəkilin sözlərinə görə, dövlət idarəçilyində şəffaflıq olmadığına görə, bu cür müzakirələr ortaya çıxır: “Bütün dünyada idarəetmə sahəsinə peşəkarları, təcrübəli kadrları gətirirlər. Bizdə isə əlaqə amili təəssüf ki, təcrübə faktorunu üstələyib. Hamımız bu cəmiyyətdə yaşayırıq və yazılmamış qanunlardan da xəbərimiz var. Zənglə, tapşırıqla, rüşvətlə və s. neqativ yollarla yüksələn məmurlar var. Bəzən atasının statusuna görə, balasını qabağa çəkirlər. Bu cür hallara son qoyulmalıdır. Belə hallar cəmiyyətin düşündürən beyinlərini məyus edir, nəticədə onlar öz potensialını ölkəmizdə yox, xaricdə reallaşdırırlar. Bir tərəfdən post-neft dövrünə hazırlıqdan, insan kapitalı amilindən danışırıq, digər tərəfdən düşünən beyinləri ölkədən getməsinə rəvac veririk”.

Cavadova əlavə edir ki, məmur övladları da bu millətin balalarıdır: “Heç bir ayrıseçkilik olmamalıdır. Artıq zərərli streotipləri dağıtmaq lazımdır. Süni zəka, süni intellekt dövrünə gəlmişik. Gör biz nədən danışırıq, məmur övladlarının tapşırıq və zənglə vəzifəyə gəlməsindən” – hüquqşünas vurğulayır.

Politoloq Əhəd Məmmədli AYNA-ya şərhində deyib ki, nə zamana qədər ki, bu cür hallar olacaq, cəmiyyətin inkişafından danışmaq olmaz: “Biz hansı dövrdə qalmışıq? Başa düşmək olur, vəzifəni kim icra edəcək, atası, yoxsa balası? Nəinki məmurlar, keçmiş məmurların da övladları yüksək vəzifələrə təyin olunurlar. Abel Məhərrəmov oğlunun səfir olduğu ölkəyə çaxır aparmışdı satmağa. Özünü vəzifədən qovdular, amma oğlu yenə səfirdir. Sual yaranır: Görəsən Abel Məhərrəmov rektor və ya deputat olmasaydı, oğlu diplomatik xidmətdə olardımı? Məncə yox. Çox təəssüf ki, belə hallar mövcuddur”.

“Fedolazim dövründə bunlar baş verirdi və təbii idi. Çünki quruluş onu tələb edirdi. Lakin biz müasir dünyaya inteqrasiyadan danışırıq, bu halda qətiyyətlə bundan imtina etməliyik” deyən politoloqun bildirdiyinə görə, vəzifə xalqa xidmət vasitəsi olarsa, bu cür hallar da olmaz: “Bu gün Azərbaycanda ən gəlirli sahələrdən biri vəzifədə çalışmaqdır. Hətta sahibkarlar belə məmurlar qədər pul qazanmırlar. Bu səbəbdən acgöz məmurlar imkan vermək istəmir ki, kimlərsə pul qazansın, ixtiyar sahibi olsun. Ən maraqlı məqam odur ki, atasına münasibət vəzifəyə gələndə əsas meyar olduğu kimi, gedəndə də mühüm rol oynayır. Qəribə vəziyyət yaranıb. Atasına görə, vəzifəyə təyin edirlər. Ata işdən azad olunandan sonra balanı da qovurlar. Bu sadəcə biabırçılıqdır”.

Məmmədli qeyd edir ki, qarşıda bizi ağır dövrlər gözləyir: “Dünya düzəni dəyişir. Trendlər dəyişir, qaydalar dəyişir. İstedad amili ön plana çıxır. Texnoloji yeniliklər baş verir. Süni zəka həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə kadrların peşəkarlığına və istedadına, şəxsi keyfiyyətlərinə görə deyil, atasına, babasına, dayısına xatir irəli çəkilməsi bütövlükdə bu cəmiyyətin özünü məhvə aparır. İmkan vermək lazımdır ki, peşəkarlar ön plana çəkilsin. Onların təcrübəsindən dövlətin inkişafı üçün yararlanmaq lazımdır. Yoxsa biz onları bezdirib ölkədən qaçaqa salırıq, onlar da gedib başqa dövlətin inkişafına xidmət göstərirlər. Sonra da qınayırıq ki, niyə belə etdin. Əslində isə özmüz buna şərait yaradırıq. İstedadlı və peşəkar insanlar bu cəmiyyətin qalasıdır. Bu qalanı dağıtmaq olmaz” – Əhəd Məmmədli fikrini yekunlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram