Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"45 manatlıq menyu 20 manata da dəyməzdi" - Şadlıq sarayından ŞİKAYƏT

14-09-2021, 12:29

"45 manatlıq menyu 20 manata da dəyməzdi" - Şadlıq sarayından ŞİKAYƏT

DogruXeber.az: - Uzun müddət sonra toylara icazə verilməsi ilə restoranlar öz fəaliyyətlərinə qaldıqları yerdən davam etməyə başladı. Amma köhnə qiymətlərdən, köhnə keyfiyyətlərdən əsər-əlamət yoxdur. Bu dəfəki şikayətimiz "Pluton" şadlıq sarayı ilə bağlıdır.

Sonxeber.az-ın verdiyi məlumata görə, şikayətçi Fəxriyyə Xankişiyeva avqustun 2-də "Pluton" restoranında oğluna toy edib:

"Amma toy gözlədiyim kimi olmadı. Restoranın verdiyi yeməklər bişməmiş, köhnə idi. Ömrümdə birinci dəfə bu cür lülə kabab görürdüm: möhkəm və daş kimi. Sifariş etdiyimiz menyu bəzi stollara tam gəlmədi. Tortu isə yemək belə, mümkün deyildi. Dondurmanı isə qonaqlar gedəndən sonra gətirdilər. 45 manatlıq menyu 20 manata da dəyməzdi. Təkcə musiqiçilərdən razı qaldıq. Qonaqlarım çox narazı getdi. Bilmirəm, təkcə bizim üçünmü bu hörmətsizliyi etdilər, yoxsa əvvəldən belədir".

Qeyd edək ki, məsələ ilə bağlı "Pluton" şadlıq sarayının müdriyyətinə münasibət öyrənmək üçün zəng etsək də, restoran nümayəndəsi bizə açıqlama vermək istəmədi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram