Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"1 milyon manat çox böyük vəsait sayılacaq, əgər..." - ekspert

14-09-2021, 13:52

"1 milyon manat çox böyük vəsait sayılacaq, əgər..." - ekspert

DogruXeber.az: - Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan edilən tender başa çatıb. Nəticəyə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin prosesin icrası üçün tenderin qalibi olan Bakı Dövlət Layihə İnstitutuna 991,2 min manat ödəyəcəyi açıqlanıb.

Göstərilən bu məbləğin böyüklüyü müəyyən şübhələr oyadıb. Sosial şəbəkə istifadəçiləri bu layihə üçün təxminən 1 milyon manat vəsaitin ödənilməsini büdcədən pul silmə fəndi kimi qiymətləndirirlər.

Mövzu barədə Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, hər şey baş planın hazırlanma səviyyəsindən asılıdır:

“Hazırda onunla tanış deyilik, əslində, bir şəhərin baş planının hazırlanması daha baha da ola bilər. Məsələn, Bakının Baş Planı ilə bağlı Azərbaycan hökuməti, Bakı Şəhər İcra Hakimiyyəti bir neçə dəfə tədbirlər görüb. Bəlkə də, bu yolda indiyədək milyonlarla vəsait mənimsənib və yaxud da istifadə olunub. Ancaq hələ də ortalıqda normal, işlək bir baş planın olduğunu görmürük. Tez-tez dəyişdirilir, əlavələr edilir.

Füzuli şəhəri ilə bağlı da konkret olaraq Baş Plan açıqlanandan sonra bilmək olar ki, işin həcmi nə qədər olub. Əslində, baş planın hazırlanması təkcə çertyoj çəkmək, ofisdə oturub hansısa proqramlarla bunu həyata keçirmək deyil. Burada əraziyə dəfələrlə səfərlərin təşkil olunması, ölçülərin aparılması da daxildir”.

Ekspertin fikrincə, Füzulinin Baş Planı beynəlxalq standartlara uyğun olacaqsa, bu, böyük vəsait deyil. “Yox, əgər görəcəkləri iş ancaq ofisdə oturub şəhərin gözəl şəklini çəkmək və ya internetdən gözəl ideyalar tapıb kağız üzərinə köçürməkdirsə, 1 milyon manat çox böyük vəsait sayılacaq, yəni hər şey işin həcm və keyfiyyətindən asılıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram