Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bundan gözəl bir şey yoxdur"

14-09-2021, 14:29

"Bundan gözəl bir şey yoxdur"

DogruXeber.az: - “Təbrikiniz üçün çox sağ olun. doğum günlərimi həmişə ailəmlə birlikdə keçirmişəm. Elə bir təmtəraqlı məclis təşkil etməmişəm. Bu gün də 45 illik yubileyimdir. Gələcəkdə qismət olsa, Ağdamda bir tədbir təşkil edərik”.

Bunu Moderator.az-a açıqlamasında bu gün qırx beş yaşı tamam olan Əməkdar artist Təyyar Bayramov deyib. Xanəndə fəaliyyət göstərdiyi bu illər ərzində insanların ona qarşı olan xoş münasibətindən də söz açıb:

“İnsanların mənə qarşı çox xoş münasibəti var. Həmişə bu münasibətlə qarşılaşmışam və bu da məni çox sevindirir. Bu isə sənətdə adama stimul verir və görürsən ki, əziyyətin hədər getməyib. Bizim xalqımız o qədər gözəl xalqdır ki, hər bir yerdə sənətkarına, ifaçısına öz sevgisini çatdırır. Ona görə də bundan gözəl bir şey yoxdur. Elə ən gözəl hədiyyəm tamaşaçımın, insanlarımızın mənə qarşı olan münasibətidir, tələbələrimin nailiyyətləridir”.

Muğam ifaçısı xanəndə oğlu Kənan Bayramovun istedadından da danışıb və hər kəsə tərbiyəli övlad qismət olmasını arzu edib:

“Allah bütün gənclərimizi qorusun. Kənan çox istedadlı bir ifaçıdır. İnşallah, gələcəkdə də bu sənətini davam etdirəcək. Valideynin ən böyük səvəti, varı-dövləti onun tərbiyəli övladı olmasıdır. Allah hamıya tərbiyəli övladlar qismət etsin və gələcəklərini versin”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram