Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saatlıda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

14-09-2021, 15:03

Saatlıda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qara Nuru kənd sakini Fərman Məmmədova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

F.Məmmədov rayonun Sarıcalar kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində Saatlı RPS-də araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram