Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Tahir Kərimlinin bacısı oğlu Naftalanın polis rəisidir? - "Kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur..."

15-09-2021, 16:12

Tahir Kərimlinin bacısı oğlu Naftalanın polis rəisidir? - "Kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur..."

DogruXeber.az: - "Mənim 9 bacım oğlu var, 1 isə şəhid olub. Onların hər biri hazırda işsizdir. Doğrudur, mənim Zaur adlı bacım oğlu hüquq fakültəsini bitirib, ali təhsilli olmasına baxmayaraq, hazırda işsizdir və köhnə kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. Özlərindən “polis rəisi bacıoğlu” icad etmələri, məni söydürməkləri ayıb deyil?! Bax, Qurban Məmmədov, sən busan, gördüyün iş də, kanalın da budur!"

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Qurban Məmmədovun onun barəsində yaydığı məlumatlardan danışarkən deyib.

Deputatun sözlərinə görə, hələ bir neçə il əvvəl də Qurban Məmmədov deyib ki, Tahir Kərimlinin qardaşları şirkət sahibidirlər: “Halbuki onlar işsizdirlər. Amma həmin vaxtı anlaşdıq, üzrxahlıq etdilər. Sən demə, aqressiyaları qalıbmış. İndi də deyirlər ki, guya mənim bacım oğlu Zaur Kərimli polis rəisidir. "YouTube" kanalında haqqımda əsassız sözlər deyir və iddia edirlər ki, mənim bacım oğlu guya Naftalanda polis rəisidir. Doğrudur, mənim Zaur adlı bacım oğlu hüquq fakültəsini bitirib, amma hazırda işsizdir və köhnə kondisionersiz avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. Özlərindən polis rəisi bacıoğlu icad eləməkləri, məni söydürməkləri ayıb deyil?! Bax, Qurban Məmmədov, sən busan, gördüyün iş də, kanalın da budur! Bu böhtanları hardan tapırsız?! Kanalı izləyənlərdə də haqqımda mənfi rəy yaradırlar. İzləyənlər bilməlidirlər ki, bu kanalda mənim kimi başqaları barədə də yalan məlumatlar paylaşılır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram