Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Əgər eyni mal yox idisə, öncədən bunu bildirməli idilər..." - GİLEY

16-09-2021, 09:32

"Əgər eyni mal yox idisə, öncədən bunu bildirməli idilər..." - GİLEY

"İrşad" mağazalar şəbəkəsindən şikayət var.

"DogruXeber.az"ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, müştəri Kamran Hüseynov ondan qaynaqlanmayan problemə görə, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən "İrşad" mağazalar şəbəkəsindən narazı ayrılıb.

Kamran Hüseynov bildirir ki, aldığı telefonun kamerasında problem aşkarlanıb:

""İrşad" mağazasından 8GB-lıq "Xiomi mi 11 lite" aldım. 2 gün işlətdikdən sonra telefonun kamerasında problem aşkar etdim və servisə apardım. 1 saat saxladıqdan sonra telefonun həqiqətən zavod qüsurlu olduğunu təsdiqlədilər. Sonra mənə dedilər ki, sistemdə bu məhsulun Bakı filiallarında qalmadığı görünür, rayondadır. Lakin əgər eyni mal yox idisə, öncədən bunu bildirməli idilər. Dediklərinə görə, rayondan mal 3 günə gəlir. Mən niyə 3 gün telefonsuz qalmalı idim? Sonra isə 6GB-lıq olanı təklif etdilər. Razılaşdım. Qeydiyyata aldılar, Bulvar filiallarından götürəcəyimi dedilər.

Sonra isə bildirdilər ki, 3 gün qabaq bu modeli götürəndə faizsiz idi, indi isə faizli sistemə keçiblər. İzah etməyə çalışdım ki, problem onlarda yaranıb və mal yoxdur. Mən onsuz 570 manatlıq telefona 800 AZN ödəyirəm və faizlə olsa, 890-900 AZN-ə gəlib çıxacaq. "Bizdə belədir" dedilər. Onsuz 200 AZN pul qoyurlar, hələ bununla kifayətlənməyib, faiz də artırırlar. Nəzərə alın ki, mən "ViP" müştəriyəm. Bu da onların "VİP" müştəriyə qarşı xüsusi münasibətləri!"

Mövzu ilə bağlı "İrşad" mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Şirkətdən bizə bildirildi ki, servisdən müştəriyə verilən məlumat doğrudur:

"Müştəriyə istehsalçı tərəfindən yaranan qüsura dair zəmanət təqdim olunur. Əlavə olaraq da, əldə etdiyi məhsulun əmtəə görünüşü pozulmadıqda 14 gün ərzində öz istəyi ilə dəyişə, yaxud da qaytara bilər. Siz dediyiniz müştəriyə isə yeni telefon verildiyi üçün ayrı müqavilə imzalanır. Həmin günə hansı şərtlər müəyyənləşibsə, həmin şərtlər əsasında da müqavilə təqdim olunur. Əgər yeni qayda ilə razılaşmırsa, məhsulu rahatlıqla qaytara bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram