Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nəsimi rayon sakinlərini kimlər, niyə narahat edir?

16-09-2021, 10:46

Nəsimi rayon sakinlərini kimlər, niyə narahat edir?

"DogruXeber.az" xəbər verir ki, bir qrup Nəsimi rayon sakinləri yaşadıqları binada aparılan üz qabığı təmirinin onların yaşayışları üçün yaratdıqları problemlərdən gileylidir.

Bu barədə yazıçı-filoloq Nailə xanım Muradova öz şəxsi facebook hesabında paylaşım edib.

"Azərbaycan respublikası,
Bakı şəhər, Nəsimi rayon 4cü mk.rn H.Seyidzadə N: 11,13,15 ünvanında 1həftədir gedən binanın üz divarının təmiri mk.rn sakinlərinin haklı narazılığına səbəb olub. Belə ki, sözü gedən ünvanın üz divarının təmiri zamanı binada olan bütün evlərin balkonlarında paltar qurutmaq üçün şəraiti, yəni ipləri, rolikləri kəsməklə baģlı verilən qərar sakinlərin haqlı narazılığına səbəb olub. Bu binalar... Hərbiçi, Əlil, Məktəbli, Tələbə, həmçinin körpə uşaqları, qocaları, xəstələri olan ailələrdən ibarətdir. Elə bir dövrdə və elə bir ölkədə yaşayırıq ki, çirkli paltarlarımızı atıb, yenisi ilə əvəz etmək mümkün deyil. Yuyub-qurutmaq məcburiyyətindəyik. Bu bəxtəvər, avropasayağı yaşayış üçün nə bizim öz gücümüz, nə də yaşadığımız ölkənin zəhmətkeş və fəhlələrdən ibarət olan kütlələrə ayırdığı əmək haqları bu imkanı bizə vermir.

Hörmətli Prezidentimiz
Ölkənin sosial-iqtisadi inkişafına və insanların rifah halının ildən-ilə yaxşılaşdırmasına çalışır.
Sizsə insanların zülmlə qazandığı, uşaqlarının (yəni gələcəyin əsgər və zabitlərinin) boğazından kəsdiyi çörək pulu ilə alınmış 3 ton həcmdə (hər biri 500-600man) olan su çənlərini 1il öncə, bu il isə paltarları qurutmaq üçün (100-150man) xərc çəkib düzəltdirdikləri şəritlərin dəmirlərini kəsmək üçün verdiyiniz qərar 4mk.rn sakinlərinə olan növbəti haqsızlıqdır. Yazıq millət öz yaşayış şəraitlərini sivil insanların səviyyəsinə çatdırmaq istəsələr də imkan vermirsiniz. Belə qənaətə gəlirik ki, Nəsimi rayon İH.başçısı Asif Əsgərovun göstərişi ilə 4mk.rn. evlər idarəsinin müdiri və baş bilən məmurları millətin yaşayış rifah halını pozaraq, qanunları pozaraq, ev sahiblərinin izni olmadan, qanuna zidd olaraq evləri söküb, sakinləri bayıra atmaqla, milləti dövlətin üstünə qaldırmaq niyyətindədirlər.
Siz bu xalqa, bu dövlətə düşmənsinizmi ?!
Bu qanunsuzluq aradan qalxmayana qədər biz susmayacayıq."

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram