Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Göyçayda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

16-09-2021, 12:04

Göyçayda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

DogruXeber.az : - Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, şəhər sakini Akif Bayramovun narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb. A.Bayramovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kiloqram 320 qram olan narkotik tərkibli çətənə kolları aşkarlanıb.Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram