Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Onlar ETTELAAT əməkdaşlarıdır: - Biz kimlərlə üz-üzəyik?

16-09-2021, 12:29

Onlar ETTELAAT əməkdaşlarıdır: - Biz kimlərlə üz-üzəyik?

DogruXeber.az : - 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Zəngilan işğaldan azad olunarkən Arazın o tayındakı soydaşlarımızın sevinc çılğınlıqları hələ də gözümün önündədir. Arazan bu tayında əsgərlərimiz irəlilədikcə, Arazın o tayındakı azərbaycanlılar da onlarla bərabər addımlayırdı, şüarlar deyir, “Can Azərbaycan” qışqırırdılar. Bu səmimi görüüntülər indi də internetdə kifayət qədər var. İstəyən baxa bilər.

Bunlar qanı və canı bir olan insanların vəhdəti idi. Ayrı-ayrı dövlətlərin vətəndaşları olsalar da, ürəklər bir döyünürdü. Qürurverici idi. Sonuncu dəfə belə həmrəylik Azərbaycan müstəqillik qazananda, sərhədlər açılan zaman olmuşdu. Amma iki gündür qulağımda tamam başqa bir ifadə təkrar-təkrar səslənməkdədir. Xankəndiyə gələn Cənubi Azərbaycanlı olan sürücü deyir: “Biz Azərbaycana deyil, Ermənistana gedirik”.

Bu sözü deyərkən onun üz ifadəsi də gözlərimin qarşısına təkrar-təkrar gəlir. Damarımda qanım quruyur. Biz niyə belə olduq axı? Axı Qarabağın azadlığına sevinən soydaşlarımızla ermənilərə xidmət edən bu sürücülər eyni vətənin övladlarıdır. Bəlkə də eyni bölgənin, eyni torpağın adamlarıdır. Göründüyü qədərilə onların arasında sosial olaraq o qədər fərq də yoxdur. Bəs nə üçün onların bir hissəsi yanımızda, bir hissəsi isə qarşımızdadır? Bu dəyişikliyə səbəb nədir? Nə baş verir?

Bu sual cəmiyyətimizi də düşündürür. Hətta sosial şəbəkələrdə həmin sürücülərin ETTELAAT əməkdaşları olduqlarını söyləyənlər də var. Mümkün ehtimaldır. İran dövləti bina olandan bəri dünyanın ən güclü kəşfiyyat xidmətləri, casuslar yetişdirməyi bacarıb. Bu gün də elədir.

Uzağa getməyək. Azərbaycanda İran agenturasının saysız-hesabsız nümayəndələrinin olduğunu hər kəs hiss edir. Hər birimizin ətrafında İrana böyük sevgi bəsləyən, “Ağalara” ehtiram nümayiş etdirənlər bu və ya digər formada var. Hətta bildiyimə görə özünə “Xomeyniçilər” deyən qruplar da mövcuddur. Bir müddət əvvəl bir səs yazısına qulaq asdım. Hansısa dini icmanın problemini həll etməyə söz verən şəxs qarşı tərəfi inandırmaq üçün “Biz Xomeyniçilərik, sözümüz sözdür” ifadəsindən istifadə edir. Yəni sözümün canı odur ki, qonşu bir dövlətdə gənclərin beynini bu qədər yumağa nail olan, onları kölələşdirən, manqurtlaşdırmağı bacaran sestem 200 ildir onun tabeliyində olan əhaliyə nələr edə bilməz?! Çox şey edə bilər. Edir. Və həm də gözümüzüzn qabağında edir...

Bütün məsələləri bir tərəfə qoyaq. Azərbaycanın dini liderinin Qarabağ torpaqlarının Xameneinin fətvası ilə azad etməsi haqda fikirləri, Ali Baş Komandanın qətiyyətini, əmrini, əsgərlərimizin cəsarətini gözardı etməsi hansı qüvvələrlə üz-üzə durduğumuzun real xəritəsini göstərir. Qarabağdakı ermənilərə həyati əhəmiyyətli yük daşıyan, onların əlini gücləndirməyə xidmət edən “soydaşlarımıza” gəldikdə, onlar bunu biznes fəaliyyəti kimi də izah edə bilər. Amma istənilən tacirin bir əxlaqı olur. Düşmənə yardım etmək isə əxlaqsızlıqdan da betərdir. Onlar - yəni düşmənə xidmət edən “azərbaycanlılar” azsaylıdır. Cənubdakı soydaşlarımızın böyük əksəriyyətinin ürəyinin Bakı, Qarabağ, Gəncə ilə döyündüyünə inanıram. Onların mübarizliyinə də sözüm yoxdur. Onlar da bilir ki, bizim üçün Qarabağ nədirsə, Təbriz, Ərdəbil də odur. O üzdən də bir neçə nəfərin düşmənə xidmət etməsini bütün cənublu soydaşlarımızın ayağına yazılmasını istəmirəm. Tək-tək olsa da, belə rəylərə rast gəldiyim üçün bu qeydi etməyi vacib hesab edirəm. Unutmayaq! Düşmən bir-iki deyil. Və ən təhlükəlisi odur ki, o içimizdədir. İçimizdəki qurdun bizi yeməsinə və bir-birimizə düşmən etməsinə imkan verməyək.

Biz qurdun için-için yeyə biləcəyi kölgəsiz ağac deyilik... Kökümüz çox dərindədir!

Elnur Məmmədli //yenisabah.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram