Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Teatra qayıdıb özümüzə gəlməyimiz üçün 4-5 ay vaxt lazımdır" - Xalq artisti

16-09-2021, 15:02

"Teatra qayıdıb özümüzə gəlməyimiz üçün 4-5 ay vaxt lazımdır" - Xalq artisti

DogruXeber.az: - “Son günlər mətbuatda da, sosial şəbəkələrdə izləyirəm ki, hər kəs bir-birinə dəyib. Bəli, teatrlar mütləq açılmalıdır”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Kazım Abdullayev deyib.

Beləliklə, Xalq artisti Afaq Bəşirqızının “Teatrların açılması mövzusu müzakirəyə çıxarılmamalıdır, vəssalam” açıqlamasına narazı aktyorların qaldırdığı tufana KazımAbdullayev də qoşulub:

“Əlbəttə, teatrlar açılmalıdır. Burada qəliz nə var axı, bunu niyə böyük problemə çeviriblər? Aləm dəyib bir-birinə! Camaat qalıb küçədə. Bəs kim işləsin?! Biz sənətçiyik, vaxtında səhnəyə çıxmasaq formadan düşürük. Teatra qayıdıb özümüzə gəlməyimiz üçün 4-5 ay vaxt lazımdır. Keçmiş tamaşaları yadımıza salıb, səhnəyə qayıtmalıyıq. Hələ nə qədər iş görülməlidir. Teatr təkcə aktyorun iş yeri deyil, həm də insanların mənəvi zövq aldığı, düşündüyü məkandır”.

Xalq artisti səhnəyə geri dönən aktyorların müəyyən çətinliklərlə üzləşəcəyini də qeyd edib:

“Geri qayıtdıqda karantinin təsirlərini görəcəyik. İstər danışıqda, istər hərəkətlərdə bu özünü göstərəcək. Çünki səhnə formada olmağı tələb edir. Karantində nə qədər özümüzü formada saxlamağa çalışsaq da, hər halda səhnə ilə ev eyni şey deyil. Həm də zarafat deyil, düz 2 ildir. Bu müddət mənfi təsirini mütləq görəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram