Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məhkəmə Mahir Xəttabın ev dustaqlığına buraxılmasını məqbul saymayıb - QƏRAR

16-09-2021, 16:59

Məhkəmə Mahir Xəttabın ev dustaqlığına buraxılmasını məqbul saymayıb - QƏRAR

DogruXeber.az: - Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo. az saytının rəhbəri, hazırda həbsdə olan Mahir Ələkbərovun (Xəttab) barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Mahir Ələkbərovun ev dustaqlığına buraxılmasını məqbul saymayıb.

Xatırladaq ki, Mahir Ələkbərov(Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram