Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirliyin yüksək vəzifəli şəxsi işdən azad edildi - FOTO

17-09-2021, 13:24

Nazirliyin yüksək vəzifəli şəxsi işdən azad edildi - FOTO

DogruXeber.az: - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov vəzifəsindən azad edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, F.Fərmanov tutduğu vəzifə ilə vidalaşıb.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Elektron Təhlükəsizlik Xidmətinin əvvəlki rəisi Faiq Fərmanov öz ərizəsi ilə işdən çıxıb.

Məlumatda bildirilib ki, Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.

Nazirliyin yüksək vəzifəli şəxsi işdən azad edildi - FOTO

Şahin Əliyev

Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.

2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram