Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Ermənistanı 10 günə xəritələri verməyə məcbur etmək olar” - Avropa Məhkəməsi tarixində ilk

17-09-2021, 13:53

"Ermənistanı 10 günə xəritələri verməyə məcbur etmək olar” - Avropa Məhkəməsi tarixində ilk

DogruXeber.az: - “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir. Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi. Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Beynəlxalq məhkəmə vasitəsilə minalanmış ərazilərin xəritəsini Ermənistandan almaq mümükündür?

Hüquqşunas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistandan xəritələri almaq üçün Avropa Məhkəməsinin 39-cu maddəsi tətbiq edilə bilər:

“Bildiyim qədər, Avropa Məhkəməsinin təcrübəsində belə bir şikayət olmayıb. Lakin mövcud vəziyyətdə bunu ilk olaraq etmək olar. İnsanların geri qayıtması və öz əmlakına sahip olması üçün ərazilərimiz minalardan təmizlənməlidir. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı məcburi köçkünlərin adından Avropa Məhkəməsinə şikayət edə bilər. Hətta Azərbaycan dövləti mahiyyət üzrə baxılıb, dəymiş ziyan hesablanana qədər Avropa Məhkəməsinin reqlamentinin 39-cu maddəsinin tətbiq olunması üçün xahiş edə bilər.

Yəni bununla şikayətə baxılana qədər Ermənistanı xəritələri verməyə məcbur etmək mümkündür. Beynəlxalq Məhkəmə bununla bağlı 1 həftə və 10 gün içində qərar verə bilər. Ümumiyyətlə, başqa məsələlər üzrə 39-cu maddənin icrası geniş yayılıb. Hesab edirəm ki, bu səmərəli bir şikayət olacaq və mütləq etmək lazımdır. Həmçinin, xəritələrin doğruluğunu müəyyən etmək üçün bu sahə üzrə təcrübəli və ixtisaslaşmış ANAMA kimi təşkilatlardan dəstək istəmək olar. Əgər Avropa Məhkəməsinin xəritələrin verilməsi ilə bağlı qərarı icra olunmasa və ya təhrif olunmuş xəritələr verilsə, Ermənistan ciddi şəkildə cəzalandırıla bilər. Beynəlxalq Məhkəmə Ermənistana təzminat və ya siyasi cəza qərarı verə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram