Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Biləsuvarın həbsdə olan keçmiş başçısından XƏBƏR VAR - "...vəziyyəti isə ağır olaraq qalır"

17-09-2021, 14:00

Biləsuvarın həbsdə olan keçmiş başçısından XƏBƏR VAR - "...vəziyyəti isə ağır olaraq qalır"

DogruXeber.az: - Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində hər hansı yenilik yoxdur:

“Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.

Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram