Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

17-09-2021, 15:16

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

DogruXeber.az: - İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür?

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verərək bildirib ki, əslində insanlar vaksin vurdurduqları üçün deyil, orada yaranan sıxlıq zamanı yoluxurlar:

"Bu, təkcə bizdə belə deyil. Heç bir ölkədə vaksinasiyada iştirak edəcək şəxsdən PZR müayinəsi götürülmür. Çünki "COVID-19" analizi pozitiv olan şəxsin vaksin vurdurmasının onun sağlamlığına hər hansı bir təhlükə olduğu ilə əlaqəli heç bir mənbədə bildirilmir və bu hallar hər gün yüzlərlə dəfə baş verir.

Hətta bir çox insan vaksinasiya məntəqəsində digər bir şəxsdən virusa yoluxub eyni gündə də vaksin olunur.

Bu xəstələrdə hər hansı bir statistik əhəmiyyətli xüsusi hal baş verməyib. Lakin yenə də xəstəlik simptomlarını özündə hiss edən şəxslərin vaskinasiyada iştiraklarını təxirə salmaları tələb olunur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram