Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Azıx mağarasında ermənilər tərəfindən toplanan bütün maddi sübutlar AMEA-ya aparılıb" - İsa Həbibbəyli

17-09-2021, 16:13

"Azıx mağarasında ermənilər tərəfindən toplanan bütün maddi sübutlar AMEA-ya aparılıb" - İsa Həbibbəyli

DogruXeber.az: - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi işğaldan azad edilmiş Xocavənd rayonunda yerləşən qədim Azıx mağarasında olub. Bunu APA-nın Qarabağ bürosuna AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, mağarada olan bütün maddi sübutlar AMEA-ya aparılıb: “Ermənilər Azıx mağarasında bir neçə il xarici alimləri də özlərinə qoşaraq tədqiqatlar aparıblar. Amma topladıqları qırıntıları, maddi sübutları yeşiklərə yığsalar da, çatdırıb apara bilməyiblər. AMEAnın nümayəndə heyəti müharibə qutarandan sonrakı ilk günlərdə buraya gəldi. AMEA əməkdaşları Azıx mağarasından ermənilərin qazıntılar zamanı tapdıqları 90 qutu maddi sübutu akademiyaya apardılar. Sonradan aydın olub ki, bizim hərbçilər Azıx mağarasına yaxın olan kəndlərdə ermənilərin topladığı başqa maddi sübutları da görüblər.

Bizə məlumat verilən kimi AMEA-nın və Arxeologiya İnstitutunun rəhbərliyi bu istiqamətdə addım atdı və bütün maddi sübutlar akademiyaya aparıldı”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram