Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

AZAL-ın doğma Vətənə həsrət qoyduğu Rusiya Federasiyasındakı həmvətənlərimiz adından dövlət başçısına Müraciət ünvanlanıb

18-09-2021, 12:24

AZAL-ın doğma Vətənə həsrət qoyduğu Rusiya Federasiyasındakı həmvətənlərimiz adından dövlət başçısına Müraciət ünvanlanıb

DogruXeber.az: - Bu bir həqiqətdir ki, təhlükəli koronavirus pandemiyası ölkəmizə ayaq açandan, dünyanın digər dövlətləri kimi, respublikamızın da iqtisadi dayanıqlığını sınağa çəkir. Dövlətimiz isə, olduqca çətin keçən bu sınaqdan daha az itki ilə, öz imkanlarını yenidən təhlil edib, paralellər aparmaqla çıxmaq üçün çalışır. Di gəl, bu zaman o da məlum olur ki, ortada elə dövlət qurumlarımız var ki, nəinki çətin keçən pandemiya dövründə, habelə bundan öncəki vaxtlarda belə olkəmiz üçün ağır yükə çevrilən olub -- "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi!
Bəli, AZAL da, dövlətimizin həmin qurumlarından biridir və indiyədək, öz xoşagəlməz fəaliyyətindəki mövcud bir çox inkaredilməz xoşagəlməzliklərlə yuxarıda qeyd olunanları çoxdan təsdiqləyib. Məhz bu səbəbdəndir ki, nəinki ölkəmizin vətəndaşları, hətta xaricdəki soydaşlarımız arasından belə, AZAL-ın yürütdüyü bu iş siyasətindən razı kimsəni tapmaq, getdikcə daha da müşkülləşən ciddi və həddən ziyadə narahatedici bir məsələyə çevrilib. Konkret desək, AZAL-ın işindəki belə məyusedici problem və çatışmazlıqlardan çoxları şikayətçidir və onlar tərəfindən, "Azərbaycan Hava Yolları"nın işindəki məyusedici bir çox halların doğurduğu hədsiz narahatlıqlar mövzularının ana xəttini təşkil edən və aidiyyatı dövlət qurumları rəhbərlərinin adlarına ünvanlanan çoxsaylı şikayət məktublarında, AZAL-ın təqdim etdiyi uçuş biletlərinin hədsiz bahalığı narahatedici həmin hallar arasında öndə qeyd olunur. Bu qiymətlərlə, əksər dövlətlərin aviaşirkətlərinin nəinki biznes-klass və ekonom-klass paketləri olan bahalı, hətta tələbatın daha çox olduğu çarter, habelə cədvəl üzrə müəyyənləşdirilən adi reyslərinin belə daşıma qiymətləri arasında yerlə-göy qədər fərqin olduğu xüsusi vurğulanır. Bu acınacaqlı halın adi bir sübutu kimi, qonşu Gürcüstandan qardaş Türkiyəyə uçuş biletlərinin Azərbaycandan iki dəfə ucuz qiymətlərə satıldığı göstərilir. Məyusedici hal kimi o da göstərilir ki, məhz qiymətlərin olduqca bahalığı, aşağı satılan bilet tapmağın mümkünsüzlüyü ucbatındandır ki, hətta xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr, müalicə üçün xaricdəki həkimlərə üz tutmaq məcburiyyətində qalan xəstələr belə olduqca pis duruma düşüblər. Bu imkansızlar nə doğma Vətənə gələ bilirlər, nə də gedə. Sanki AZAL-ın başında duranlar elə belə də fikirləşirlər ki, imkanı zəif olanların ölkədən çıxması da, elə, imkansız olmalıdır.

AZAL-ın doğma Vətənə həsrət qoyduğu Rusiya Federasiyasındakı həmvətənlərimiz adından dövlət başçısına Müraciət ünvanlanıb


Yeri gəlmişkən, qeyd edək ki, bu ciddi məsələ hətta azərbaycanlı deputatlar tərəfindən dəfələrlə Milli Məclisdə qaldırılsa da, indiyədək öz həllini tapmayıb. Ölkə Prezidenti də, illərin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarda, digər rəsmi toplantılarda AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə nisbətən baha olması məsələsinə diqqət çəkib həmişə. Prezidentin iradla dediyi kimi, Azərbaycan yanacağı xaricdən almırsa, özü istehsal edirsə, üstəlik AZAL dövlət tərəfindən böyük subsidiyalar alırsa, bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınırsa, bütün aeroportlar dövlət hesabına tikilirsə, bütün şərait dövlət hesabına yaradılırsa, bunlardan əlavə, ölkəni tanıtmaq üçün milyardlar xərcləyirsə, AZAL buna əks iş siyasəti yürütməməli, təyyarə biletlərinin qiymətini başqa ölkələrdən baha etməməlidir. Dövlətimizin rəhbərinin belə ciddi iradlarına, xəbərdarlıq və göstərişlərinə baxmayaraq, AZAL-ın başında duranlar qiymət siyasətinə yenidən baxmaq istəməyiblər. Hətta "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və İdarə Heyətinin Kollegiyası adlarına, aviasiya biletlərinin qiymətlərinin azaldılması üçün dəfələrlə ünvanlanan səmərəli təkliflər belə nəzərə alınmayıb. Eləcə də, paytaxt Bakıdan müxtəlif istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xəttlərinin yaradılmasının vacibliyi barədə verilən təkliflərə məhəl qoyan olmayıb.
Bütün bunlar bir daha ona işarədir ki, bazarda qiymət diqtəsini davam etdirən AZAL-ın rəhbəri Cahangir Əsgərovun qiymət oyunu, ölkə başçısının ciddi iradlarından, xəbərdarlıq və göstərişlərindən də güclüdür. Belə olmasaydı, heç olmasa, ölkəmiz üçün olduqca çətin keçən belə bir şəraitdə AZAL qiymət siyasətinə yenidən baxardı.
Bu günlərdə, AZAL-ın doğma Vətənə həsrət qoyduğu və Rusiya Federasiyası boyda nəhəng bir ölkənin dörd bir yanında məskunlaşan 4 milyon nəfərə yaxın həmvətənlərimiz adından qanun çərçivəsində, hüquqi müstəvidə və mənəvi baxımdan danışmağa haqları çatan 50-yə yaxın diaspor təşkilatı rəhbərlərinin imza atdıqları və dövlət rəhbərimizin adına ünvanladıqları daha bir Müraciət də, yuxarıda qeyd etdiyimiz ciddi problemlərin doğurduğu narazılıqlar barədədir. Bu Müraciət, rəsmi olaraq, həmin diaspor təşkilatlarını öz ətrafında birləşdirən və mərkəzi ofisi paytaxt Moskvada yerləşən nüfuzlu "Rusiya Azərbaycanlıları Regionlararası Assosiasiyası"nın -- RARA-ın adından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərilib. Müraciət müəllifləri də qeyd edirlər ki, xeyli vaxtdır davam edən COVID-19 pandemiyası həyatımızda bir çox dəyişikliklər edib; Quru sərhədlər bağlıdır, beynəlxalq dəmir yolu və avtobus xidmətləri işləmir, digər ölkələrdən Azərbaycana yalnız hava yolu ilə, müəyyən qaydalara riayət etməklə, epidemioloji vəziyyət nəzərə alınmaqla gəlmək mümkündür. Ancaq təyyarə biletlərinin qiymətlərinin həddindən artıq yüksək olması səbəbindən, hər kəs bunu edə bilmir. Bu vəziyyət müxtəlif ölkələrdə, xüsusən də Rusiyada yaşayan milyonlarla soydaşımızı hədsiz dərəcədə məyus edir. Daha aşağı ödəniş qabiliyyəti olan insanlar, nə edəcəklərini bilmirlər. Onlar, təyyarələrdə onlara daha keyfiyyətsiz xidmətin göstərilməsini bir yana qoyub, bilet almağın yollarını düşünürlər. Çünki doğma Vətənləri Azərbaycanda aviabiletlərin qiymətinin baha olması uzun müddətdir müzakirə mövzusu olsa da, həmişə, indinin özündə də, qiymətlər qonşu ölkələrlə belə müqayisədə dəfələrlə baha satılır.
Tarixi Vətənlə güclü mənəvi tellərlə, qırılmaz ailə bağlarıyla bağlı olan Rusiyadakı həmyerlilərimizin çözülməz bu problemlərini özündə əks etdirən bu Müraciətində RARA bildirir ki, hazırda Azərbaycana yalnız hava yolu ilə getmək mümkündür. Koronavirus infeksiyasına görə, quru yolla nəqliyyat müvəqqəti olaraq dayandırılıb. AZAL-ın uçuşlar üçün təyin etdiyi yüksək qiymətləri ödəmək üçünsə, bir çox həmvətənlərin maddi imkanları yoxdur. Biletlərin qiyməti bölgənin qonşu ölkələrində oxşar uçuşlardan üç dəfə yüksəkdir. Bu problem həmvətənlərimiz arasında ədalətli narazılığa səbəb olur.
Assosiasiyanın Məşvərət Şurasına həmvətənlərimizdən, AZAL-ın uçuş qiymətlərinin endirilməsi məsələsini qaldırmaq üçün, çoxsaylı müraciətlər gəlməkdə davam edir. Soydaşlarımızın böyük hissəsi iqtisadiyyatın indiki şəraitdə müəyyən çətinliklər yaşayan aşağı maaşlı sahələrində çalışır. Eyni zamanda, qohumlarımıza, hər birimizə, doğma Azərbaycanımıza biganə qala bilmərik”.
RARA bu Müraciətinin sonunda, bu problemin həllinə nail olmaq üçün, Azərbaycan Prezidentindən, AZAL təyyarələrinin Rusiyanın paytaxtına və ayrı-ayrı bölgələrinə uçuşları üçün mövcud qiymətlərin əsaslılığını yoxlamaqdan ötrü aidiyyatı dövlət qurumlarına ciddi tapşırıq verməsini xahiş edib: “Əminik ki, bu məsələyə diqqətiniz, tezliklə, bu ciddi problemi müsbət həll etməyə imkan verəcək”.
RARA-nın, araz.az-ın redaksiyasına da göndərdiyi bu Müraciətinin rus dilində olan variantının tam mətnini, nöqtəsinə, vergülünə toxunmadan, dəyərli oxucularımızla bərabər, ictimaiyyətin və aidiyyatı dövlət qurumları rəhbərlərinin diqqətinə də çatdırırıq. Qoy, ölkə vətəndaşlarımızın və xaricdəki soydaşlarımızın bu ciddi problemləri ilə, onların özləri də daha ətraflı tanış olub, yekun bir nəticəyə gəlsinlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram