Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Mədəniyyət Nazirliyinin qurumlarında TƏFTİŞ GEDİR - Nazirdən AÇIQLAMA

18-09-2021, 14:46

Mədəniyyət Nazirliyinin qurumlarında TƏFTİŞ GEDİR - Nazirdən AÇIQLAMA

DogruXeber.az: - “Yoxlamalar aparılır və bundan sonra da aparılacaq”.

Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.
A. Kərimov deyib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə mədəniyyət sahəsindəki nöqsanları aşkar etmək və aradan qaldırmaqdır: “İslahatlarda əsas istiqamət də mədəniyyət sahəsinə yeni bir idarəetmə sistemi formalaşdırmaq, şəffaflığı, cavabdehlik məsuliyyətini təmin etməkdir. Pandemiya dövrü olduğuna görə tədbirləri istədiyimiz kimi tez həyata keçirə bilmirik. Buna baxmayaraq, əzmkar, qətiyyətliyik. Məqsədimiz nöqsanları aradan qaldırmaqdır ”.

Mədəniyyət naziri regionlarda, kəndlərdə mədəniyyət evlərinin fəaliyyətinin aktivləşdiriləcəyini söyləyib: “Məqsədimiz mədəniyyətimizi regionlara daşımaqdır. Biz mədəniyyətimizi nə qədər təbliğ etsək, əcdadlarımızdan qalan mirasa sahib çıxsaq, mədəniyyətimiz o qədər güclü olacaq. Bunun üçün də ən gözəl vasitə mədəniyyət müəssisələrimiz, teatrlarımız, muzeylərimiz, klublarımız, mədəniyyət mərkəzlərimizdir. Bu sahədə nöqsanların aradan qaldırılması üçün araşdırmalara başlamışıq. Təbii ki, bəzi binalar yarasızdır, təmir olunmalıdır. Söhbət təkcə təmirdən də getmir, həmin mədəniyyət müəssisələrimizə məzmun da gəlməlidir. Biz də buna çalışırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram