Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Nə medal, nə veteranlıq istəyirəm, məni sağaldın, gedim oğlumu saxlayım" - ETİRAZ

20-09-2021, 16:56

"Nə medal, nə veteranlıq istəyirəm, məni sağaldın, gedim oğlumu saxlayım" - ETİRAZ

DogruXeber.az: - Cəlilabad rayon Göytəpə şəhərindən olan Vətən Müharibəsi qazisi Ağayev Fariz Hidayət oğlu müharibədən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də sağalmlığına qovuşmayıb.

Dia.az Realxeber.org-a istinadla xəbər verir ki, 31 yaşlı qazi sağlamlığına qovuşmaq və ailəsini dolandırmaq üçün köməyə ehtiyacı olduğunu bildirib:

“Qubadlının girişində minamyotun dalğasına düşdüm, ayağım tutuldu. Məni oradan qaytarmaq istəyirdilər, qayıtmadım. Muradxanlı kəndində yenə də minamyotun dalğasına düşdüm, belim tutuldu, qaldım orada. O vaxtdan indiyə qədər bütün hospitalları gəzmişəm. “Papanin”də də (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) yatmışam. Mənim rəisim yaxşı xidmət edib ki, ona bizim dövlətimiz kapitan rütbəsi verib. Kəşfiyyat bölük komandiri – Hüseynov İlqar, mən hələ də onun şarfını saxlayıram.

Yaralı bir əsgər var idi. Elə bilirdi mən ölmüşəm. Mən də hospitalda idim Sonradan mən qayınatama zəng vurub xəbər verdim. Axı mənim heç kimim yoxdur.

Mən fəxr edirəm ki, əsgər böyüdürəm. Kasıb oğlanam, bu vəziyyətdəyəm. Bunu mən yetişdirirəm, heç kimə gedib demərəm gətir pul mənə ver, oğlum acından ölür. Böyüyüb əsgər gedəcək, ona görə ki, mənim qardaşlarım orada rəhmətə gedib.

Düşüb çiyinlərdə bayraq gəzdirməklə deyildi, həmin oğlanlara deyirəm, yaxşıları çıxmaq şərti ilə, qeyrətləri varsa, anasız-atasız oğulu gəlib buradan götürsünlər, aparıb xəstəxanada sağaltsınlar. Nə medal, nə veteranlıq, istəyirəm. And olsun anamın goruna, heç nə istəmirəm. Gəl məni sağalt, deyirəm. Mənim sağlamlığımı geri qaytar. 31 yaşım var. Mən çəliklə gəzəndə döyüşə getməyən oğlanlar mənə gülür. Qayıdıb ona bir söz deyə bilmirəm. Azərbaycan millətinə səslənirəm, xahiş edirəm, gəlin məni sağaldın. Sağaldın, gedim oğlumu saxlayım”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram