Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistan və Rusiyanın yayındığı ZƏNGƏZUR KORİDORU: - "Azərbaycan Laçın dəhlizini bağlaya bilər"

21-09-2021, 10:56

Ermənistan və Rusiyanın yayındığı ZƏNGƏZUR KORİDORU: - "Azərbaycan Laçın dəhlizini bağlaya bilər"

DogruXeber.az : - “Ermənistan bu mövqeyindən əl çəkməsə, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırsa, Azərbaycanın təzyiq vasitələri işə düşə bilər”.

Bu fikirləri Rusiya Baş nazirinin müavini, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun üzvü Aleksey Overçukun İrəvanda keçirilən Ermənistan-Rusiya biznes-forumunda səsləndirdiyi Zəngəzur koridoru ilə bağlı müzakirələrin aparılmadığı yönündəki sözlərini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə qeyd edib ki, Overçukun belə bir fikir səsləndirməsi Rusiyanın ermənipərəst mövqeyini bir daha nümayiş etdirdi:

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda fərqli iqtisadi layihələr həyata keçirmək istəyir. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı zaman ərzində bu ölkə təcrid edilib blokadada saxlanılırdısa, Vətən müharibəsindən sonra Ermənistanın da daxil olduğu platforma təklifləri edildi. Azərbaycan iqtisad-kommunikasiya yollarının açılmasında maraqlıdır. Nikol Paşinyanın Zəngəzur koridoru ilə bağlı dəmiryolunun keçməsinin bəyanatda təsbit edilməməsi yönündəki çıxışından sonra işçi qrupun üzvü Aleksey Overçukun belə bir fikir səsləndirməsi Rusiyanın burada qarşı tərəfin mövqeyindən çıxış etməsi anlamına gəlir. Halbuki işçi qrupun bu günədək keçirilən yeddi toplantısında digər məsələlərlə yanaşı, Zəngəzur koridoru da müzakirə edilib. Bununla bağlı Overçukun özünün də çıxışları var.

Son zamanlarda Rusiya və Ermənistan arasındakı ticarət dövriyyəsi qırx faiz azalıb, Azərbaycan tərəfindən isə səkkiz faiz artıb. Beləliklə, koridorun açılması Rusiya və Ermənistanın özünə də yararlıdır”.

Politoloq Azərbaycanın geniş təsir imkanlarına malik olduğunu bildirib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ səfəri öncəsi hava limanındakı açıqlamasında pozitiv mesaj verdi. Ərdoğan Paşinyanla görüşə hazır olduğunu, lakin qarşı tərəfin də hansısa addım atmalı olduğunu bildirdi. Ermənistan tərəfi yalnız sözlə yox, əlidolu gəlməlidir.

Prezident İlham Əliyev də Ermənistanın mövqeyindən asılı olmayaraq Zəngəzur koridorunun açılacağını qətiyyətlə bildirmişdi. Ermənistan bu mövqeyindən əl çəkməsə, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən boyun qaçırsa, Azərbaycanın təzyiq vasitələri işə düşə bilər. Azərbaycan Laçın dəhlizini bağlaya bilər ki, bu da mümkün variantlardan biridir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram