Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib

21-09-2021, 11:15

Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib

DogruXeber.az : - 20 sentyabr 2021-ci il tarixdə Təhsil nazirinin müavini Muxtar Məmmədovun, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, İcra Hakimiyyətinin başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyevanın və şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyevin iştirakı ilə Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.
DİA.AZ xəbər verir ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.
2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi, 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Təhsil nazirinin müavini Muxtar Məmmədov və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib
Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib
Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram