Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ucar və Salyanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur

21-09-2021, 13:04

Ucar və Salyanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur

DogruXeber.az : - DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Ucar və Salyan Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülüb.

Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları da salınıb.

Bundan əlavə DYP bölmələrinin əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Ucar və Salyan Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülüb.
Ucar və Salyanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram