Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dmanisidə insident olub, iki nəfər bıçaqlanıb

21-09-2021, 18:19

Dmanisidə insident olub, iki nəfər bıçaqlanıb

DogruXeber.az : - Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda fiziki qarşıdurma olub.

“Report”un yerli bürosu xəbər verir ki, insident müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Dmanisi meri vəzifəsinə namizədi Giorgi Tatuaşvilinin Qantiadi kəndində keçirdiyi seçkiqabağı görüş zamanı baş verib.

Nəticədə müxalifət tərəfdarı olan iki nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

VMHP hadisənin baş verməsində hakim Gürcü Arzusu Partiyasının tərəfdarlarını günahlandırıb.

Qeyd edək ki, G.Tatuaşvili 2017-ci ildən Dmanisinin meridir. O, ötən ilin avqustunda hakim Gürcü Arzusu Partiyasından qovulub. Buna səbəb onun müxalifətdən olan rəqibinin seçki kampaniyasına dəstək verməsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram