Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Taclı virus” hər həftə mutasiyaya uğrayır: - Azərbaycanda aşkarlanan ştammlar hansılardır?

21-09-2021, 18:21

“Taclı virus” hər həftə mutasiyaya uğrayır: - Azərbaycanda aşkarlanan ştammlar hansılardır?

DogruXeber.az : - Qazaxıstanda koronavirusun “Eta” (Nigeriya) ştammı yayılıb.

Bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, ölkədə həmçinin koronavirusun “Delta” (Hindistan), “Alpha” (Britaniya), “Uhan” variantları da yayılıb.“Eta” ştammı 2020-ci ilin dekabr ayında ortaya çıxıb. Bu varianta ilk yoluxma Nigeriya və Britaniyada müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının 15 sentyabr 2021-ci il tarixinə olan məlumatına görə, “Eta” ştammı dünyanın 77 ölkəsində qeydə alınıb.Onun əlamətləri “Alpha” və “Beta” (Cənubi Afrika) suşları ilə eynidir: yüksək hərarət, öskürək, qoxu və dad itkisi.

Cebhe.info indiyədək yayılan ştammlar haqqında ümumi məlumatı, eyni zamanda Azərbaycanda aşkarlanan ştammlar barədə araşdırmanı təqdim edir:

Virusun ən geniş yayılmış ştammları aşağıdakılardır:

*Britaniya ştammı

*Cənubi Afrika ştammı

*Braziliya ştammı

*Hindistan ştammı

*Peru ştammı

* Kolumbiya ştammı

*Nigeriya ştammı

*Britaniya ştammı – “Alpha”

Virusun bu ştammı da 100-dən çox ölkədə görülüb. Araşdırmaya görə, yeni mutasiyaya yoluxmuş şəxslər daha çox boğaz ağrısı, əzələ ağrısı, yorğunluq, sonra öskürək hiss ediblər. Dadbilmə və iybilmənin itməsi isə müşahidə olunmur.

*Cənubi Afrika ştammı – “Beta”

İlk dəfə Cənubi Afrikada aşkar olunmuş eyniadlı ştamm (501Y.V2) 87 ölkədə qeydə alınıb.Cənubi Afrikada 501Y.V2 ştammı avqustun əvvəlindən yayılmağa başlayıb.

*Braziliya ştammı – “Qamma”

Braziliyadan yayılan “Braziliya ştammı” isə (P.1) 54 ölkədə aşkarlanıb. Bu variant isə dekabr ayından mövcuddur.

*Hindistan ştammı - “Delta”

Dünyada sürətlə yayılan “Delta” ştammı indiyədək 100-dən artıq ölkədə aşkarlanıb. Qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir.

*Peru ştammı - "Lambda"

Çilidə aparılan araşdırmalara görə, "Lambda"nın ən çox görülən simptomları davamlı öskürək, yüksək hərarət (38 dərəcə) qoxuların dəyişməsi və dadbilmənin tamamilə itməsidir. Hazırda “Lamda” 40-dan çox ölkədə yayılıb.

*Kolumbiya ştammı - "Mu"

“Mu” variantının əlamətləri digərlərində olduğu kimi, temperatur, öskürək, iy və dadbilmədə dəyişikliklərin olmasıdır. Digər variantlardan fərqli bir əlaməti indiyə qədər rastlanmayıb.

Yeni ştamm artıq 40-a yaxın ölkəyə yayılıb.

Azərbaycanda isə indiyədək bu ştammalardan üçü aşkarlanıb. Belə ki, bunlar Britaniya və Hindistan ştammlarıdır.

Qeyd edilir ki, hazırda ölkəmizdə yoluxmaların 94 faizi “Delta” ştammından qaynaqlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram