Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? - AÇIQLAMA

22-09-2021, 08:43

Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? - AÇIQLAMA

DogruXeber.az : - İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir:

"Əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir", - deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk etməməlidir. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram