Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Köçəryan kimi qatil, bütün ruhu ilə əzazil, türkün düşməni olan yaramaz etiraf edir ki..." - deputat

22-09-2021, 11:46

"Köçəryan kimi qatil, bütün ruhu ilə əzazil, türkün düşməni olan yaramaz etiraf edir ki..." - deputat

DogruXeber.az : - “Onu demək istəyirəm ki, Köçəryan bir il bundan öncə Ermənistan ordusundakı vəziyyəti də kifayət qədər şişirdir. Əslində onlar 2016-cı ilin Şanlı aprel döyüşləri zamanı olduqca ciddi zərbələr almışdılar, həm öz cəmiyyətlərini, həm də dünya ermənilərini yalan ideologiya üzərində Ermənistan ətrafında daha sıx birləşməyə yönələn siyasət həyata keçirirdilər və cəmiyyəti bu cür yalan informasiyalar içində yaşadırdılar”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı Köçəryanın ölkənin müstəqillik günündə məyus çıxışına münasibət bildirib:

“Əsrlərdən bəri bir mifologiyanı, “böyük Erənistan”, “ermənilər qədim xalqdır”, “dünyanın sivilizayasının əsasını qoyanlardandır” kimi sərsəm və həqiqəti əks etdirməyən fikirləri tarix kitablarında, ədəbiyyatda və ən müxtəlif tədqiqatlarda önə çəkirdilər. Ancaq Ermənistan tarixini və onların həqiqi mahiyyətini bilənlər təbii ki, bunları təkzib edirdilər. Lakin dünyanı və erməniləri isə inandırmaq çox çətin idi. Hansı ki, ermənilər əsrlərdən bəri yalan fikirlər üzərində formalaşmış bir toplumdur.

Ermənistan Robert Köçəryanın dediyi kimi heç də böyük gücə malik deyildi, onun dediyi kimi güclü ordusu yoxdur. Bütün bunların hamısı saxta və əsası olmayan fikirlərdir. Çünki hər kəsə bəlli idi ki, 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Sovet imperiyasının çökdüyü zaman kəsiyində Qorbaçovdan başlayan erməniləri dəstəkləmək xətti Yeltsinin dövründə də özünü ciddi şəkildə tapırdı və bu günə qədər də o ənənə davam edir.

Sadəcə olaraq bu müharibədə Rusiya Ermənistana hərtərəfli silah-sursat sarıdan yardım etdi və hətta qadağan olunan “İsgəndər M” raketləri ilə də onları təchiz etdi. Bununla bağlı artıq faktlar bəllidir və “İsgəndər”in dördü Azərbaycan atılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Ordusunun peşəkarlığı və qəhrəmanlığı nəticəsində isə onlar göydə zərərsizləşdiriliblər. Bununla da düşmən öz istəyinə nail ola bilməyib. Şuşa kimi bir şəhərə “İsgəndər M” raketinin atılması şəhərin yerlə-yeksan edilməsi deməkdir. Bakı istiqamətində də eyni addımı atıblar. Bütün bunların hamısını atan kim idi? Bu mütəxəssislər hardan idi və kim idi? Bunların hamısı Rusiyanın mütəxəssisləri idi və Rusiyanın hərbi yardımı idi. Amma bu da alınmadı. Faktiki olaraq Ermənistanla-Azərbaycan canlı qüvvə sarıdan üz-üzə qaldı və Azərbaycan onu yerlə-yeksan və məhv etdi. Ermənilər necə bir rəzil xalq, saxta bir ölkə olduqlarını ortaya qoydular.

İndi bunu etiraf etməyə məcburdurlar, çünki artıq erməni cəmiyyəti bu psixoloji böhranın içindədir. Artıq bütün erməni cəmiyyəti Köçəryanla bərabər başa düşür ki, o mifologiyanı təkrar etmək heç bir effekt verməyəcək. Ermənistan əsgərinin güclü və döyüşkən olmasıyla bağlı heç bir həqiqət yoxdur. Çünki Azərbaycanın 44 günlük müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman, igid əsgər və zabitlərimiz tərəfindən onlar yerlə-yeksan olundular, onlara böyük zərbə vuruldu, onların beli sındırıldı. İndi baxın, Köçəryan kimi qatil, revanşist, təpədən-dırnağa bütün ruhu ilə əzazil, türkün düşməni olan yaramaz etiraf edir ki, Ermənistan pis gündədir və qürurları sınıb. Düzdür, biz onların qürurlarını sındırdıq, bellərini qırdıq, bir ölkə kimi onları məhv etdik. Hələ bundan sonra Ermənistan dövlətinin yaşayıb-yaşamaması yaxın günlərin məsələsidir. Ona görə bu cür etiraflar çox olacaq və bu Azərbaycanın gücünü, qüdrətini, Ermənistanın isə zəifliyinin və rəzilliyinin öz diliylə etirafıdır və əlbəttə, bu həqiqətdir”.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkəsinin müstəqilliyinin 30-cu ili münasibəti ilə bağlı müraciətində çox məyus danışıb. O deyib ki, “Bu əlamətdar gündə yaşamalı olduğumuz heç bir sevinc yoxdur. İlk dəfədir ki, bu bayramı müharibədəki ağır məğlubiyyətdən sonra qeyd edirik. Cəmi bir il əvvəl Silahlı Qüvvələrimizlə qürur duyurduq, Cənubi Qafqazda geosiyasi uyğunlaşmanın vacib amili idik”, - eks-prezident bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram