Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əgər Bakını qəzəbləndirsək... - Akopcanyan

22-09-2021, 12:49

Əgər Bakını qəzəbləndirsək... - Akopcanyan

DogruXeber.az : - Ermənistanın və erməni xalqının bəlalarında türklər, yaxud ruslar günahkar deyil. Başımıza gələnlərin hamısında yeganə günahkar biz özümüzük.

Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Razmik Akopcanyan çıxış edib.

O deyib ki, müharibəni uduzan hökuməti də məhz erməni xalqının özünün seçdiyini unutmaq olmaz:

“İndi boş-boş danışmağın heç bir mənası yoxdur. Düşmən axtarmaq da gərəksizdir. Paşinyan və onun komandası, bütün diktator rejimlərdə olduğu kimi, əvvəlcə üzlərinə xalqın hüquqları uğrunda mübarizə aparanlar maskası taxdılar. Onlar peşəkarcasına yalanlar danışdılar və erməni xalqı inandı. Bu isə illüziya imiş. Həmin ilğım çox cazibədar görünürdü.

İndi Ermənistan xalqı bunu yavaş-yavaş anlamağa başlayıb. Artıq Ermənistan başa düşür ki, Azərbaycanı qəzəbləndirmək olmaz. Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək. Bizə nə Qərb, nə Rusiya, nə də İran kömək edə biləcək”, - deyə erməni ekspert qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram